Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda heç nəyə görə öldürülənlər… - MARAQLI FAKTLAR
Tarix: 27-01-2017 | Saat: 17:33
Bölmə:Karusel / Maraqlı / Araşdırma | çapa göndər

Azərbaycanda heç nəyə görə öldürülənlər… - MARAQLI FAKTLAR


Son iki ildə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən proseslərdə iştirak edib prosesi müşayiət edirəm. Məhkəmə jurnalistlərinin dili ilə desək ən çox işlər "120-lər", "177-lər", "178-lər" və "234-lər"dir. Bunlar saxlanılan adamların ittiham olunduğu maddələrdir. Ardıcıllıq müvafiq olaraq qətl, oğurluq, dələduzluq, narkotik ittihamlarıdır.

Son 3 maddə üzrə epizodlar demək olar ki, bütün işlərdə oxşar olur. Tanınmış adamlar və vəzifəli şəxslərin məhkəmə proseslərindən başqa oxucular üçün ən maraqlı və ən çox oxunan yazılar "120lər" olur. Çünki burada səbəb, qarşıdurmanın necə yaranması, qətlin necə baş verməsi və qatilin cinayətdən sonra necə davranması, nə etməsi, hara getməsi sıravi insanlar üçün maraqlı gəlir.

Bu "120-lər"dən el dili ilə desən "heç nədən" baş verənlərin bir neçəsini oxucular üçün sadalayacaq. İnsanlar necə adi səbəblərdən birinin həyatına son qoyur, özünün ömrünü də yaşaya-yaşaya məhv edir. Təbii ki, hansısa "güclü" səbəb qətl törətməyə haqq qazandırmır. Amma bu faciələrin səbəbləri cəmiyyətin psixoloji durumunu ortaya qoyur.

Suraxanı rayonu, Hövsan qəsəbəsində 21 yaşlı rus əsilli Pavel Pimanov qardaşı Sergeylə məhəllədən keçərkən həmyaşıdları Nicat Hüseynli və Süleyman Xasıyevlə salamlaşıb. Qardaşlar gedəndən sonra Nicat Süleymana deyib ki, "mənə elə gəldi Pavel salamlaşanda əlimi bərk sıxdı. Bununla mənə nə demək istəyirdi ki?". Süleymanın təklifi ilə Nicat ehtimal etdiyi "əlinin bərk sıxılması"nın səbəbini aydınlaşdırmaq üçün qardaşların arxasınca gedib. Söz mübahisəsi cinayətlə nəticələnib, Pavel Nicata 7, Süleymana 6 bıçaq zərbəsi vurub. Həkimlər onları ölümdən döndərsə də, Pavel həbsxanaya yollandı.

Digər hadisə Sumqayıtda olub. Mühafizəçi işləyən 27 yaşlı Namiq Məmmədov ad günü olduğu üçün işdən icazə alıb evə qayıdıb, yaşadığı binanın qarşısında 20 yaşlı gənclər - Babək Atamalıyev, Musa Camalov və Hüseynağa Ağayev ona yaxınlaşaraq siqaret istəyiblər. N.Məmmədov imtina etdikdə gənclər onu söyüb, bu söyüş isə davaya səbəb olub. B.Atamalıyev ad gününü qeyd etməyə gələn Namiqi ürəyindən vuraraq qaçıb. Gənclər oradan birbaşa gedərək qonşu məhlədəki dükanı yarıblar. Bu hadisəyə görə Babək 19 il, Musa 4 il, Hüseyn isə 3 il 6 ay həbsdə qalmalı olacaq.

Azərbaycanlı gənclərin daha çox qıcıqlandığı mövzulardan biri də məhlələrinə yad bir oğlanın qız ötürməsidir. Bu ənənəyə görə bir həftə sonra İtaliyada magistratura üzrə təhsil almağa gedəcək olan 24 yaşlı Kamran Həsənzadə türməyə, bir həftə sonra BƏƏ-nın paytaxtı Dubaya böyük neft şirkətlərindən birində mütəxəssis kimi işləyəmə gedəcək 25 yaşlı Nazim Ələkbərov isə vəfat etdi. Nazim gecə saatlarında sevgilisini evinə ötürüb, sağollaşarkən onu öpüb. Bunu görən Kamran Nazimə yaxınlaşaraq etirazını bildirib. Bundan sonra başlanan əlbəyaxa dava zamanı Kamran Nazimə 10-dan çox bıçaq zərbəsi vurub və Nazim oradaca vəfat edib. Kamran bu əməlinə görə 16 il həbs cəzası aldı.

Aşağadakı prosesləri müşayiət etdikdə hətta özüm çəkməsəm belə cibimə bir "paçka" siqaret alıb qoymaq qərarına gəlmişdim. Eyni səbəbdən baş verən hadisələrdən biri Cəlilabad rayonunda, digəri isə "Malakan bağı"nda olub. 18 yaşlı tələbə Emin Abdullayevə yaxınlaşan 16 yaşlı oğlan ondan siqaret istəyib. Emin isə siqaret çəkən olmadığını deyib, bundan əsəbləşən yeniyetmə onu ürəyindən bıçaqla vurub və tələbə yerindəcə keçinib.

"Malakan bağı"nda gecələyən Fuad Əliyev və Kərim Kərimov oradan keçən Şahin Quliyevi saxlayıb siqaret istəyiblər. Şahib isə ümumiyyətlə siqaret çəkmədiyini deyib. Kərim isə "nolsun çəkmirsən, al cibinə bir "paçka" qoy, istəyəndə ver" deyib. Şahin buna etiraz edəndə onu bıçaqla vurub, bu vaxt Şahin qaçmağa başlayıb, onun arxasıyca gedən Fuad və Kərim pilləkənlərdə Şahini tutub ona 9 bıçaq zərbəsi vurublar. Şahin sağ qalsa da, Kərim 18 il, Fuad isə 17 il həbsdə qalmalı oldu.

Bir neçə gün öncə 35 yaşlı, ailəli, iki övladı olan Fidani İsmayılova 20 il həbs cəzası verildi. Buna səbəb isə Fidaninin ailəsindən gizlin olan sevgilisi 28 yaşlı Əfsanənin qardaşı ilə dənizə getməsi olub. Əfsanə 14 yaşlı qardaşı Anarla dənizə gedərkən sevgilisi Fidanidən icazə almayıb. Buna əsəbləşən Fidani onların yaşadığı evə gedərək hər ikisini bıçaqlayıb, yeniyetmə Anar vəfat edib, Əfsanə isə ölümdən geri dönə bilib.

Ona soyuq çay verən 34 yaşlı arvadı Cəlalənin başından elə çay süzdüyü stəkanla vurub, sonra isə boğaraq öldürən 45 yaşlı Müzəffər Piriyev 19 illik həbs cəzası aldı.

Uzun müddət Rusiyada yaşayan Azad Rəşidzadə dogma rayonu Şamaxıya toya gəlib. Anası ondan qardaşı Azərin ailəsində baş verən problemləri həll etməsi üçün onlarla danışmasını xahiş edib. Buna cəhd edən Azərə qardaşı Azadın həyat yoldaşı ağır cavab verib. Bu söhbətə isə Azad qarışmaq istəyəndə Azər onu sinəsindən güllələləyərk öldürüb, əsəbindən yerə yıxılan qardaşının başından da bir təpik vurub. Bu yolla məsələni həll edən Azər 18 il azadlıqdan məhrum edildi.

Bakıda 22 yaşlı Emin Çobanov səhər yuxudan oyananda mətbəxdə səs saldığı üçün 30 yaşlı bacısı Rübabəni bıçaqlayaraq öldürüb və buna görə 17 il həbs cəzaslı alıb.

Bu formada baş verən hadisələr çoxdur, saymaqla bitməyəcək dərəcədədir. Bəlkə də bəzi cinayətlər qeyd olunanlar səbəblər səbri daşıran son damla olub. Amma bir çoxunda isə insanlar ilk dəfə rastlaşdıqları şəxsləri də belə adi səbəblərə görə öldürməkdən çəkinmirlər.qafqazinfo


Xəbəri paylaş

8928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___