ŞOK: “Yoxlama”dan sonra məktəb direktoru vəfat etdi - VİDEO
Tarix: 27-01-2017 | Saat: 17:23
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
ATV-dəki “Yoxlama” verilişi ilə gündəmə gələn 171 saylı orta məktəbin direktoru Telman Qardaşov vəfat edib.
Sözügedən veriliş efirdə yayımlanandan sonra T. Qardaşovun səhhəti pisləşməyə başlayıb. Məktəbdən saytımıza bildirilib ki, direktor bu hadisədən sonra ürək və təzyiq dərmanları qəbul edirmiş:
“Dünən səhhəti daha da ağırlaşan Telman Qardaşov xəstəxanaya yerləşdirilib, komaya düşüb. Bu gün səhər saatlarında komadan ayılmayıb və vəfat edib.
“Yoxlama” verilişi ilə bağlı olaraq bizim məktəbə Təhsil Nazirliyindən heç bir rəsmi irad bildirilməyib. Direktorumuz məhz bu verilişdəki həqiqəti əks etdirməyən məlumatlara görə bu vəziyyətə düşdü. Çünki məktəbimizdə təmir işləri gedirdi, nazirlik özü bunun üçün vəsait ayırmışdı. “Yoxlama” verilişi bunu bilə-bilə məktəbə gəldi”.
Xatırladaq ki, yanvarın 11-də ATV-nin “Yoxlama” verilişi sözügedən məktəbdə yoxlama aparıb. Məktəb rəhbərliyi buna etirazını bildirib və bəyanat yayıb ki, verilişin nümayəndələri qanunsuz olaraq məktəbə daxil olublar və onlarla kobud davranıblar.
Xəbəri paylaş
9758 dəfə oxunub.
Digər xəbərlər

11-08-2023, 13:49
Yayda niyə yata bilmirik? - AÇIQLAMA
20-05-2016, 18:21
Polislər məşhur döyüşçünü güllələdi - Video
13-07-2018, 21:14
ABŞ Suriyada iki kəndi niyə hədəf aldı?
22-02-2016, 10:03
Bakıda yol polisi ilə sürücü arasında əlbəyaxa dava – Söyüşün biri bir qəpik (VİDEO)
21-11-2015, 12:07
20 yanvarın günahkarı, dünyanın tarixini dəyişən adam öldü - FOTO
8-11-2019, 19:26
Dünyanın ən xoşbəxt xalqı məlum oldu
1-04-2023, 21:40
Alman texnologiyası ilə peşəkar TƏMİZLİK XİDMƏTİ
28-06-2016, 22:28
Dənizdə batan şəxsin meyiti tapıldı
7-02-2017, 17:25
"Mən Bakıdan gəlmişəm" deyən gənci ermənilər belə döydülər - VİDEO