Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə PARTLAYIŞ bütün evi silkələdi, yaralı var - FOTO
Tarix: 27-01-2017 | Saat: 12:01
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Gəncədə PARTLAYIŞ bütün evi silkələdi, yaralı var - FOTO


"Girdik evə, gördük, arvad yanıb"

Gəncədə səhər saatlarında mənzildə güclü partlayış baş verib.

ARB Kəpəz xəbər verir ki, qaz sızmasından baş verdiyi ehtimal edilən hadisə zamanı ev sahibi ağır xəsarət alıb.

Asif Murğuzov - bina sakini: "Səhər saat 9-a işləmiş binada partlayış baş verdi. Güclü səs eşitdik, elə hamımız da o səsə çıxdıq".

Rəhman Abbasov - bina sakini: "Elə çöldə durmuşdum, maşını işə salmışdım, partlayış oldu. Aynalar hamısı töküldü. Girdik evə, gördük, arvad yanıb, təcili yardım maşını götürdü apardı".

Hadisə Yeni Gəncə yaşayış massivində, bina 45b, mənzil 28 ünvanında 66 yaşlı Ulduz Hüseynova məxsus evdə baş verib. 9 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi təxminən 40 kv.m olan mənzilə ciddi ziyan dəyib.

Bina 45b-də baş verən güclü partlayış, demək olar ki, bütün yaşayış massivində hiss olunub. Belə ki, evdə qaz sızmasından baş verən ağır partlayışın nəticəsini evin içərisində görmək mümkündür. Demək olar ki, evin bütün divarları, ayna qapıları dağılmış vəziyyətdədir. Ev bir növ qəzalı vəziyyətdədir.

Partlayışın gücündən qopan ayna-qapı bina önündə dayanan avtomobillərə də ziyan vurub.

Baş verən partlayış o qədər güclü olub ki, tək Ulduz Hüseynovanın evi deyil, üst mərtəbədə yaşayan Babək Qafarovun evinə də ciddi ziyan vurub.

Partlayış zamanı evtə tək olan Ulduz Hüseynova ağır yanıq xəsarətləri ilə Gəncə şəhət TTYX- ya çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Gəncədə PARTLAYIŞ bütün evi silkələdi, yaralı var - FOTO
Gəncədə PARTLAYIŞ bütün evi silkələdi, yaralı var - FOTO
Gəncədə PARTLAYIŞ bütün evi silkələdi, yaralı var - FOTO


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___