Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu kənd Qarabağa qayıdış siyasətinin rəmzi ola bilər
Tarix: 27-01-2017 | Saat: 11:44
Bölmə:Karusel / Gündəm / Aktual | çapa göndər

Bu kənd Qarabağa qayıdış siyasətinin rəmzi ola bilər



Prezident İlham Əliyevin Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində insanların məskunlaşması və kənddə infrastrukturun bərpası ilə bağlı sərəncamını tarixi-siyasi hadisə hesab edirəm.



Bunuaçıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Millət vəkili hesab edir ki, bu addım, birincisi, ötən ilin aprel döyüşlərinin başqa mənada davamı, ikincisi, həmin o bölgənin hərbi cəhətdən möhkəmlənməsi, üçüncüsü, uzun illər ərzində doğma torpaqlarına dönüşünü gözləyən insanlarımız üçün ilk cığırın açılması deməkdir:



"Düzdür, buna qədərki dövrdə məcburi köçkünlərin müxtəlif qəsəbələrdə məskunlaşması üçün dövlət tərəfindən ayrı-ayrı qərarlar verilib və icra edilib. Lakin bu sərəncam onlarla eyni ölçüyə gəlməz.

Biz uzun illər ərzində beynəlxalq təşkilatların verdiyi siyasi qərarların, qəbul etdiyi qətnamələrin bizi Xankəndiyə qaytarmadığını görürük. Apreldəki "dördgünlük müharibə" isə yeni bir reallıq yaratdı. Müharibənin davam etdiyi dövr ərzində ilk dəfə olaraq təmas xəttində, hərbi istehkamların yerində dəyişiklik oldu. 1994-cü ilin əvvəlində həyata keçirilmiş Horadiz əməliyyatı ilə azad olunmuş 22 kənddə, eləcə də Cəbrayılın Cocuq Mərcanlı kəndində dinc və təhlükəsiz yaşamaq imkanı olacaq. Bu, çox önəmli bir məsələdir. Xatırlayırsızsa, həmin kənddə bir nəfər Azərbaycan bayrağı altında ailəsi ilə birgə təsərrüfatını quraraq istehkamdaymış kimi yaşayırdı. İndi isə oraya artıq yeni-yeni insanlar gələcəklər. həmin o bir nəfər bir kəndin xilaskarına necə çevrilirdisə, bir kənd də bütövlükdə Qarabağa qayıdış siyasətinin ilk addımı və rəmzi ola bilər".



Bu, Qarabağ ermənilərinə də, Ermənistana da bir mesajdır. Aprel hadisələrindən sonra biz insanları süngü gücünə boşalmış Talış kəndinə qaytarmaq istəyən Ermənistan hakimiyyətini gördük. Talış kəndində yaşayan ermənilər isə "biz 3 dəfə köçkün düşmüşük", "əminliyimiz yoxdur ki, sağ qalacağıq", "biz beynəlxalq təhlükəsizlik qarantiyaları istəyirik" kimi çağırışları ilə çıxış edirlər. Onlara həmin beynəlxalq təhlükəsizlik zəmanətini kim verəcək?

Ona görə də düşünürəm ki, bu addım ölkənin daxili sosial həyatında, siyasi-iqtisadi sferada yaşanan hər hansı çətinliklərə və vəzifələrə baxmadan böyük savaşın tərkib hissəsi kimi mühüm hadisədir. Dövlət olaraq cəmiyyətdə deyilən istiqamətdə işləri həyata keçirərək savaşı davam etdirmək olar.



Qeyd edək ki, prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılacaq.milli.az


Xəbəri paylaş

7798 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___