Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Psixoloq Dəyanət Rzayev dəfn edildi - VİDEO
Tarix: 26-01-2017 | Saat: 20:18
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Psixoloq Dəyanət Rzayev dəfn edildi - VİDEO

Psixoloq Dəyanət Rzayevin ölüm xəbərini eşidən, onu tanıyan hər kəs mərhumla vidalaşmaq üçün atasının evinə üz tutmuşdu.

1971-ci il təvəllüdlü Dəyanət Rzayevin intihar xəbəri hər kəsi sarsıtmışdı. Kamera qarşısında danışmaq istəməyənləri başa düşmək heç də çətin deyildi. Çünki özlərinin dedikləri kimi, zarafatcıl, ərköyün, həddən artıq qayğıkeş dostları, ürək sirdaşları artıq aralarında deyildi.

Psixoloq Tariyel Faziloğlu Dəyanət Rzayevlə 15 illik dostluqlarının olduğunu bildirdi: "Dəyanəti itirmək adi bir insanı itirmək deyil mənim üçün. Hesab edirəm Dəyanət Azərbaycandan getdi".

Jurnalist İlhamə Vəliqızı da psixoloqun ölümündən dərin təəssüf hissi keçirdiyini dilə gətirdi: "O gedişi ilə belə yenə öyrətdi ki, bu qədər yadlaşma, ögeyləşmə olmamalıdır insanlar arasında. Kaş öyrənəydik onu sıxan nə idi həyatda".

Sabiq deputat Gülər Əhmədova isə Dəyanət Rzayevin öz ölümü ilə insanlara dərs verdiyi qənaətindədir: "Dəyanətin həyatı nə qədər mənalı idisə, onun ölümü də çox mənalıdır. O, ölümü ilə hər kəsə mesaj verdi ki, yaxınlarınızı, sevdiklərinizi tək buraxmayın".


Rəsmi məlumatda bildirilir ki, psixoloqun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda, Murtuza Muxtarov-185 ünvanında yerləşən evində aşkarlanıb. Lakin vida mərasimində iştirak edənlər 3 gün idi onunla əlaqə saxlaya bilmədiyindən danışırdı. Həmkarları arasında hətta Dəyanətin bu hərəkətini psixoloqun şıltaqlığı kimi qiymətləndirənlər də vardı. Onlardan biri də psixoloq Elnur Rüstəmov idi: "Mən səhərdən burdayam, məsciddə də oldum. Reallıq reallıqdır, amma düşünürəm bu, Dəyanətin növbəti bir zarafatıdır".

İntiharının səbəbi yalnız özünə bəlli olan Dəyanət Rzayev Biləcəri qəbiristanlığında torpağa tapşırıldı.





Xəbəri paylaş

1 4688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___