Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gecə intihar edən psixoloq 10 gün öncə intiharla bağlı nə demişdi? — ŞOK
Tarix: 26-01-2017 | Saat: 14:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gecə intihar edən psixoloq 10 gün öncə intiharla bağlı nə demişdi? — ŞOK

Ötən gecə intihar edən tanınmış psixoloq Dəyanət Rzayev yanvarın 17-də Ölkə.Az-a verdiyi açıqlamada intihar hallarının artmasıyla bağlı maraqlı fikirlər səsləndiribmiş



Onun sözlərinə görə, yaşı qırxı keçmiş insanlar intihara daha çox meyilli olurlar. Səbəblərə gəlincə, Rzayev burada daha çox üç faktorun rol oynadığını diqqətə çatdırmışdı.

Tanınmış psixoloq Dəyanət Rzayev açıqlamasında bildirib ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda intiharların çoxu sosial-iqtisadi problemlər üzündən baş verir. Onun sözlərinə görə, bu səbəbdən də, Azərbaycanda ən çox gənclər özünə qıyır:

“İntiharlarla bağlı Ümumdünya Statistikasına görə intihar edən insanların çoxu yaşı 40-ı keçən insanlardır. Onlar arasında sağalmaz xəstəliyə tutulan, tənha yaşayan şəxslər də var. Müsəlman ölkələrində isə vəziyyət başqadır. Bu hərəkət müsəlman ölkələri üçün elə də xas deyil. Burada dini faktor da rol oynayır. Azərbaycanda isə intiharların artmasında başlıca səbəb sosial-iqtisadi problemlərdir. Təbii ki, bundan əvvəl də ağır dövrlər olub. 90-cı illərdə yeməyə heç nə olmayan dövrdə insanlar intihar etmirdi. Çünki bərabərlik vardı. Çox təəssüf ki, bu gün cəmiyyətdə bərabərlik müşahidə olunmur”, - deyə D.Rzayev bildirib.

Psixoloq deyir ki, burada 3 faktor var ki, insanları uçuruma aparır: “Qeyri-müəyyənlik, ümidsizlik və qorxu- ən birinci qeyri-müəyyənlik faktorunu aradan qaldırmaq lazımdır. Sonra insanlardan narahatçılığı, qorxunu azaltmaq lazımdır. Daha sonra gələcəyə ümidlə yanaşmaq üçün insanda həvəs yaratmaq lazımdır. Bu isə əsasən sosial faktorla əlaqəlidir”.

D.Rzayevin fikrincə, bu növ problemi olan insanlara ən çox rəsmi şəxslər, məmurlar və millət vəkilləri dəstək olmalıdırlar. Onun fikrincə, bu sahədə ən çox məsuliyyət millət vəkillərinin üzərinə düşür: “Bu missiya ən çox məmurların, deputatların üzərinə düşür. Çox təəssüf ki, indiki deputatların bəziləri əhalidə gələcəyə ümid yaratmaq əvəzinə insanları daha da qıcıqlandırırlar. Biri deyir ki, “get kartof ək”, digəri insanları təhqir edir. İnsanları bu qədər alçatlmazlar. İnsanları sakitləşdirmək əvəzinə, əksinə, daha da əsəbləşdirirlər”.



Xatırladaq ki, D.Rzayev yanvarın 25-də yaşadığı mənzildə özünü kəmərlə boğaraq intihar edib.




Xəbəri paylaş

1 0398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___