Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda məktəbdə BƏDBƏXT HADİSƏ - Şagirdin göz bəbəyi dağıldı
Tarix: 26-01-2017 | Saat: 14:08
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda məktəbdə BƏDBƏXT HADİSƏ - Şagirdin göz bəbəyi dağıldı


Lənkərandakı 8 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.
- "Xəbəraz.az " xəbər verir ki, məktəbin 9-cu sinif şagirdlərinin bir-biri ilə zarafatlaşması acı nəticənlənib. Belə ki, sinif yoldaşının atdığı qələm Əliyev Zahid İdris oğlunun gözünə batıb. Nəticədə onun göz bəbəyi dağılıb. Yaralı Lәnkәran Rayon Xәstәxanasına aparılıb, lakin hәkimlәr onu qəbul etməyiblər.

Masallı Rayon Xәstәxanasında da inkar cavabı alan yaxınları Zahidi Bakıya gətiriblər.

"Qafqazinfo" 8 nömrəli tam orta məktəbin direktoru Aslan İbrahimovla əlaqə saxlayıb. Direktor bildirib ki, hadisə dərsdən sonra zarafat əsnasında baş verib:

"Uşaqlar qonşudurlar və dərsdən sonra evə gedən zaman zarafatlaşıblar. Bu vaxt qələm Zahidin gözünə batıb. Biz məktəb kollektivi olaraq şagirdimizlə maraqlanırıq. Yanına da getmişik, zəng də edirik. Onların ikisi də çox yaxşı oxuyur. Seçilən şagirdlərimizdəndir. Digər uşaqla bağlı müəyyən tədbirlər görüləcək, töhmət alacaq. Məndə olan məlumata görə, bu gün həmin uşaqlar telefonla da danışıblar. Aralarında hər hansı bir düşmən münasibəti yoxdur. Sadəcə, zarafat olub".qafqazinfo



Xəbəri paylaş

8158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___