Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana və qızın başlarına beton düşdü - "Bizi Tanrı xilas etdi" - VİDEO
Tarix: 26-01-2017 | Saat: 13:54
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Ana və qızın başlarına beton düşdü - "Bizi Tanrı xilas etdi" - VİDEO

"Dekabrda mənə botoks inyeksiyası vurdular. Bundan sonra fiziki hərəkətlərlə aktiv məşğul olmalıyam. Ən adi hərəkətləri güclə yerinə yetirirəm. Üstəlik, bel və qarın əzələlərim sanki "ölüb". Qollarım və əllərim də qaydasında deyil. Polenov adına İnstitutda maqnit stimulyasiyası kursunda oldum. Dedilər ki, beyin hüceyrələrim artıq tam bərpa olmaqdadır. Deməli, əsas həyati funksiyalarım normadadır".
Rusiyanın Sankt-Peterburq şəhərinin sakini, 32 yaşlı Olqa Klintsova 10 aydan bəri ağır, mürəkkəb reabilitasiya kursu keçir. O, ötən ilin mayın 11-də Yaroslav Qaşek küçəsində ölümdən möcüzə sayəsində qurtulub. Kiçik qızı ilə gəzintidən qayıdanda ana və balanın başlarına beton plitə qırıntısı düşmüşdü.

Olqanın qızı Katerinanı Tanrı saxlayıb. Çünki o, övladının oturduğu uşaq arabasını irəliyə itələyəndən bir an sonra həmin yerə beton plitə düşüb.

Olayda travmalar alan Olqa Klintsova 7 ay xəstəxanada qalıb. Onun vücudu qismən iflic olmuşdu.

Olqa danışmağı və yeriməyi yenidən öyrənib. Vəziyyət o qədər ağır idi ki, həkimlər hansısa proqnoz verməyə çətinlik çəkirdilər. Fəqət, ananın qızına sevgisi bütün problemləri ustələyib və Olqa sağalıb.

Olqa indi tam bərpa olmağa çalışır.

Olqanın bərpası prosesi ilə yanaşı, məhkəmə prosesi də gedirdi.

O.Klintsovanın vəkilləri baş vermiş olayda "Vesta" tikinti-əmlak şirkətinin 47 yaşlı sahibi Andrey Kazakovu suçlayıblar. Müstəntiqlər də belə düşünür və deyirlər ki, əgər Kazakov vəzifə səlahiyyətlərini normal, tam icra etsəydi, faciə baş verməzdi.

A.Kazakov isə hələ ötən ilin əvvəllərindən bilirdi ki, binanın eyvanlarındakı üzlük plitələr pis bərkidilib.

Moskvanın Frunze Rayon Məhkəməsi A.Kazakovu 2 il müddətinə azadlıqdan şərti məhrum edib. Bundan başqa, o, O.Klintsovaya 4 milyon rubl məbləğində təzminat ödəməlidir.

O.Klintsovanın vəkilləri isə təzminat qismində 30 milyon rubl tələb edirlər.




Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___