Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"BakuBus"ın sürücüsü sərnişini xilas etdi - FOTO
Tarix: 26-01-2017 | Saat: 13:44
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

"BakuBus"ın sürücüsü sərnişini xilas etdi - FOTO



Bu gün "BakuBus" MMC-yə məxsus 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sürücü Oqtay Novruzov sərnişinin həyatını xilas edib.

- "Xəbəraz.az " xəbər verir ki, hadisə şahidi Xəlilli Arazın modern.az-a verdiyi məlumata görə, olay bu gün səhər Tibilisi prospektində, ""Chirag" plazanın qarşısında 09:15 radələrində baş verib:
"Mən işə gələrkən avtobusun dayandığını və sürücünün sərnişinə yardım etdiyini gördüm. Məlum oldu ki, gənc oğlanın dili qatlanıb. Sürücü heç nəyə baxmadan oğlanın dilini saxladı. Onun əlindən qan axırdı, amma dözürdü. Təcili yardım maşını təxminən 30 dəqiqədən sonra gəldi. Daha sonra həkimlər onu maşınla xəstəxanaya apardılar".

Digər şahid Şaiq Hacıyevin saytımıza bildirdiyinə görə, ilkin olaraq hamı gəncin öldüyünü bilib:
"Elə bildik, ürəyi gedib. Amma sonra məlum oldu ki, dili qatlanıb. Təcili yardım çox gec gəldi. Həkim özü də sürücüyə dedi ki, müdaxilə etməsəydi, gənc ölərdi. Sürücünün əlləri kəsik-kəsik olmuşdu, qan axırdı. Vətəndaş olaraq sağ ol deyirəm ona".

Hadisənin qəhrəmanı sürücü Oqtay Novruzov da Modern.az-a açıqlamasında təfərrüatı danışıb:
""Chirag" plazanın yanında idim. Sükan arxasında olarkən müşahidə kamerasında ayaq üstdə dayanan orta yaşlı kişi sərnişinin yıxıldığını gördüm. Dərhal ona yaxınlaşıb yardım etdim. Çünki Sürücü Təlim Mərkəzində kursda olarkən bunları öyrənmişdim. Daha sonra onu yerə düşürdük. Dili qatlanmışdı. Şükürlər olsun ki, onu xilas edə bildik. Hazırda həmin adam xəstənadadır, vəziyyəti yaxşıdır".

"BakuBus"ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Modern.az-a açıqlamasında faktı təsdiq edib.
O bildirib ki, bütün sürücülər sürücü vəzifəsinə təyin olunmazdan əvvəl Sürücü Təlim Mərkəzində kurslara cəlb olunurlar:

"Onlara ilkin tibbi yardımın göstərilməsi ilə bağlı nəzəri və praktiki dərslər keçirilir".

"BakuBus"ın sürücüsü sərnişini xilas etdi - FOTO


Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___