Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məcburi köçkünlər doğma torpaqlarına qayıdır - Böyük qayıdış reallaşır - VİDEO
Tarix: 25-01-2017 | Saat: 23:55
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər

Məcburi köçkünlər doğma torpaqlarına qayıdır - Böyük qayıdış reallaşır - VİDEO


Böyük qayıdış başlayır. Prezident İlham Əliyevin ötən gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən məhz belə qəbul olunur. Hətta bu kənddən olan 190 ailə artıq öz doğma kəndlərinə qayıtmaqla bağlı rəsmi müraciət də edib.

Cocuq Mərcanlı kəndi 1993-cü ilin oktyabr ayında işğal edilmişdi. 1994-cü il yanvarın 5-də isə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Ordumuzun həyata keçirdiyi Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. Amma bununla belə, kənd ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi- nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb. Ötən ilin aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi tam olaraq Silahlı Qüvvələrimizin nəzarətindədir.

Hazırda kənddə cəmi iki ailə təssərrüfatı mövcuddur, onlar da Arif və Oqtay Həziyev qardaşlarının ailəsidir. Halbuki, işğaldan əvvəl kənddə 1075 nəfər əhali və 283 ailə təssərrüfatı olub. O dövrdən indiyədək əhalinin sayı artaraq 1428 nəfərə, təssərrüfatın sayı isə 395-ə çatıb. Onlar əsasən İmişli rayonu ərazisində yerləşdiriliblər.

Qeyd edək ki, Couq Mərcənlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. Hələ ki, Cocuq Mərcanlı Cəbrayıl rayonu ərazisindən işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir.

Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlər deyir ki, məlum sərəncam onlarda digər torpaqların da azad edilməsinə əminlik yaradır.

Ali Baş Komandanın verdiyi bu sərəncam dinc əhalidə olduğu kimi, elə hərbiçilərin də mənəvi-psixoloji hazırlığı baxımından böyük əhəmiyyətə malikdir. Bu isə o deməkdir ki, Azərbaycan öz torpaqlarını geri qaytarmaqda israrlıdır və bunu əməllərilə sübut edir. Dövlət başçısı, Ali Baş Komandanın Cocuq Mmərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı böyük qayıdışın başlanmasıdır.

"Xəbəraz.az " xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.



Xəbəri paylaş

8558 dəfə oxunub.

Digər xəbərlər
20-10-2015, 23:30 Şuşa bu gün - FOTOLAR

bütün xəbərlər
____ Instagram ___