Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən az və ən çox korrupsiyalaşmış ölkələr
Tarix: 25-01-2017 | Saat: 13:38
Bölmə:Karusel / M2 | çapa göndər

 Ən az və ən çox korrupsiyalaşmış ölkələr

Novator.az “Transparency İnternational” təşkilatının 2016-cı il üzrə Korrupsiya Qavrama İndeksinə nəzər salıb. Yanvarın 25-də açıqlanan reytinq 0-100 bal arası qiymətləndirmə əsasında hazırlanıb. 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cü sırada yer alır.

Hesabata görə, ən az korrupsiyanın olduğu ölkələr Danimarka və Yeni Zelandiyadır. Hər iki ölkə 90 bal alıb.

Finlandiya 89 balla üçüncü, İsveç 88 balla dördüncü, İsveçrə 86 balla beşincidir.

İlk sıralarda Norveç (85 bal), Sinqapur (84 bal), Niderland (83 bal), Kanada (82 bal), Almaniya, Lüksemburq və Böyük Britaniya da (81 bal) var.

Keçmiş SSRİ məkanından ən yüksək pillədə 70 balla Estoniya dayanır. Litvaya 59, Gürcüstana və Latviyaya 57, Ermənistana 33 bal verilib.

Moldova Azərbaycan kimi 30 balla qiymətləndirilib. Rusiya və Ukrayna reytinqdə 29 balla göstərilir. Qırğızıstan 28, Tacikistan 25, Türkmənistan 22, Özbəkistan 21 bal toplayıb.

Türkiyə 41 balla qiymətləndirilib. İranın balı 29-dur.

Ən çox korrupsiyalaşmış ölkələr isə bunlardır: Yəmən (14 bal), Suriya (13 bal), Şimali Koreya (12 bal), Cənubi Sudan (11 bal), Somali (10 bal).


Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___