“Neft Daşları”nda Neftyığma Məntəqəsi istismara verilib
Tarix: 22-01-2017 | Saat: 17:39
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən “Neft Daşları” yatağında inşa olunan 2A saylı İriləşdirilmiş Neftyığma Məntəqəsi (İNYM) istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) köhnəlmiş separasiya qurğularının yeniləri ilə əvəz edilməsi, eləcə də Xəzər dənizinin neft məhsullarından çirklənməsinin qarşısının alınması üçün neft və lay sularının yığılması, utilizasiyası sistemlərinin yaradılması məqsədilə tikilən yeni İNYM-in inşaat işləri beynəlxalq standartlara uyğun yerinə yetirilib.
Məntəqənin meydança hissəsi 10 ədəd dayaq blokundan, 9 ədəd aralıq seksiyasından, həmçinin 7 ədəd minik və yanalma meydançasından ibarətdir. Meydançanın üst hissəsində 4 ədəd 370 kubmetrlik çökdürücü, mədənlərdən gələn neftin ilkin yığımı üçün 4 ədəd 10 kubmetrlik neft tutumu, təmizlənmiş neft üçün 2 ədəd 200 kubmetrlik çən, lay suyu üçün 2 ədəd 1000 kubmetrlik çən inşa edilib. Çökdürücülər üçün “çiləmə soyutma sistemi” və köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemi, həmçinin drenaj bloku, bioloji təmizləmə qurğusu və digər texnoloji avadanlıqlar quraşdırılıb, müxtəlif diametrli və təyinatlı boru xətləri çəkilib. İNYM müasir tələblərə cavab verən bütün zəruri avadanlıqlarla təchiz olunub.
2A saylı İNYM sutkada 2 min 500 kubmetr neft, 3 min 250 kubmetr lay suyunu ayırmaq gücünə malikdir.
Xəbəri paylaş
8488 dəfə oxunub.
Digər xəbərlər

20-12-2021, 08:20
Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi
7-09-2016, 21:38
Şokolad xoşlayanlar üçün 7 XOŞ XƏBƏR
19-11-2015, 12:08
Masazırda ev yanaraq külə döndü
28-09-2016, 13:15
Oğurluq üçün girdikləri evdə biabırçı vəziyyətdə tutuldular VİDEO
24-02-2022, 15:50
Ərdoğan: "Rusiyanın hərbi əməliyyatlarını rədd edirik.
12-05-2016, 16:16
Səudiyyəli həkimdən ŞOK sözlər: "Arvadı belə döyün"
30-12-2016, 02:25
Astroloji proqnoz - 30 dekabr
14-03-2023, 11:00
Manaf Ağayev oğlunun HƏBSİNDƏN DANIŞDI: "Həqiqətən də içkili olub"
15-09-2016, 10:36
İnternet yalan xəbərlərdən təmizlənəcək