İstanbul-Bakı aviareysində ŞÜBHƏLİ QADIN SƏRNİŞİN - FOTO
Tarix: 21-01-2017 | Saat: 15:28
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan Respublikasının vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama başlamazdan əvvəl vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı bir əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib.
Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 8 ədəd üzük, 4 ədəd sırğa cütü, 3 ədəd tək sırğa, 6 ədəd kulon, 2 ədəd sırğa-üzük dəsti, 28 ədəd boyunbağı, 2 ədəd qolbaq, 2 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti, 1 ədəd kulonlu boyunbağı və 1 ədəd qolçağı çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 203,41 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Xəbəri paylaş
9278 dəfə oxunub.
Digər xəbərlər

12-03-2015, 14:36
İlk nömrə və ilk qalib! - FOTO Bugün
22-03-2016, 10:22
Türk müğənnisi Azərbaycan xalqını və həmkarını Novruz bayramı münasibətilə təbrik edib.
10-02-2021, 18:30
Azərbaycanda məhkəmənin iclas katibi həbs edildi - RƏSMİ
11-02-2016, 09:58
Nazirlər Kabineti məlumat yaydı.
5-08-2017, 11:58
Taksilərlə bağlı YENİ QƏRAR
24-03-2015, 18:54
Sneyder: "Robben və Van Persi olmadan da Türkiyəni məğlub edə bilərik"
15-01-2016, 11:39
Selin Dionun həyat yoldaşı vəfat etdi - FOTO VIDEO
6-10-2015, 12:51
Lerikdə gənc qız özünü güllələdi
28-04-2016, 12:19
Formula 1-in biletlərinə nə daxildir? - Qiymətlər
13-01-2017, 19:32
Evsizlərin diqqətinə - Sosial evlər bu dəfə Hövsanda