Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə hazırdır - FOTO
Tarix: 19-01-2017 | Saat: 22:44
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Şəhidlər xiyabanında 20 Yanvar - Ümummilli Hüzn Gününə hazırlıq işləri başa çatıb. Xiyabanın girişində 20 Yanvar faciəsinin simvoluna çevrilən qərənfillərdən yeni kompozisiya qurulub. Hər il olduğu kimi bu il də xiyabanı minlərlə insan ziyarətə gəlir.
"Xəbəraz.az " bildirir ki, Şəhidlər xiyabanı ziyarətçiləri qəbul etməyə tam hazırdır. Aparılan abadlıq və dekorasiya işləri artıq yekunlaşıb. Xiyabanın girişində Qanlı Yanvar hadisələrindən sonra hüzn simvoluna çevrilən bir cüt qərənfilin kompozisiyası yaradılıb. Bu kompozisiyadan Şəhidlərin məzarlarına qədər qərənfillər düzülüb. Divarlardakı səkkizguşəli ulduzların üzərinə də cüt qərənfillər vurulub. Xiyabanın ərazisində ziyarətçilərin sərbəst hərəkətini təmin etmək məqsədilə xüsusi dəhliz ayrılıb. Əraziyə təcili yardım xidməti cəlb edilib. Sabah Şəhidlər xiyabanı istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Xəbəri paylaş
1 3198 dəfə oxunub.
Digər xəbərlər

1-11-2018, 14:20
Ay ərzində bu ərazilər “sürüşdü” - SİYAHI
25-01-2016, 14:21
Ermənilərin girov götürdüyü Dilqəmin qardaşı itkin düşüb - FOTO
2-12-2016, 20:45
Güclü külək 50 yaşayış məntəqəsini işıqsız qoydu - Lerikdə
28-05-2020, 16:43
“Dərs vaxtı”nın sabaha olan cədvəli
11-07-2023, 11:43
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
11-06-2016, 17:53
Puşkov Trampa qahmar çıxdı
23-02-2017, 12:27
AYB Saday Şəkərli ilə bağlı Əfv Komissiyasına müraciət etdi
6-10-2016, 17:39
Samira Əliyeva: "Yeni imicim hamını şoka salacaq" - FOTO
5-04-2018, 17:15
Türkiyədə universitetdə qətliam-4 ölü,3 yaralı