Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
2 hamiləliyi yarımçıq qalmışdı - Üçüncüdə körpəsi ilə birgə öldü
Tarix: 19-01-2017 | Saat: 19:54
Bölmə:Karusel / Hadisə | çapa göndər

2 hamiləliyi yarımçıq qalmışdı - Üçüncüdə körpəsi ilə birgə öldü


Ağcabədi rayonunda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin səbəbi məlum olub.
"Xəbəraz.az " xəbər ki, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Qaraşova Təzəgül Əliş qızının ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub.

Xəstəxanaya çatdırılan 32 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə 2, 100 qram çəkidə qız uşağı dünyaya gətirib. T.Qaraşova əməliyyatdan sonra vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığı üçün doğulan körpənin Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb.

Ağcabədi MRX-dan onu da bildiriblər ki, bu, T.Qaraşovanın 3-cü hamiləliyi olub. Bundan əvvəl iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb.

Qeyd edək ki, hadisə ötən gecə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının Doğum evində baş verib.

Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı və onun dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

***

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov bildirib ki, ana əməliyyatdan 6 gün sonra rəhmətə gedib:

"Biz Sabirabad Perinatal Mərkəzi ilə əlaqə saxladıq. Oradan bildirildi ki, xəstəni mərkəzə ağır vəziyyətdə gətirsək, yolda vəziyyəti pisləşə bilər. Bu səbəbdən xəstə təcili əməliyyata alındı. Qeysəriyyə əməliyyatından sonra uşaq Sabirabad Perinatal Mərkəzinə göndərildi, amma orada dünyasını dəyişdi. Ana isə əməliyyatdan 6 gün sonra rəhmətə getdi".

A.Hüseynovun sözlərinə görə, əməliyyatdan sonra ana sidiyə gedə bilmədiyindən vəziyyəti ağırlaşıb: "Bakıdan həkimlər çağırdıq. 6 gün reanimatoloji tədbirlər görüldü. Ancaq nəticəsi olmadı. Ananın bundan əvvəl iki dəfə hamiləliyində düşük olub. Onlar da böyrək problemi ilə bağlı olub. Hamiləlik zamanı ana müayinəyə mütəmadi getməyib. Dəfələrlə həkimlər evə gəlib, müraciət etsə də, müayinələrdən vaxtlı-vaxtında keçməyib".


Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___