Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Kişilərin qadınlarda sevmədiyi on cəhət - SİYAHI
Tarix: 17-01-2017, 14:53 | Saat: 15:47:00
Bölmə:Karusel / Qadınlar / Maraqlı | çapa göndər

Kişilərin qadınlarda sevmədiyi on cəhət - SİYAHI



Qadınlar… Yenə qadınlar… Şairin dediyi kimi, yeməyi süfrəmizdə öküzlərdən sonra gələn və uğrunda həbsə düşdüyümüz qadınlar. Hər bir cəmiyyətin səviyyəsi onun qadına münasibəti ilə ölçülür. Amma bununla belə hər zaman qadınlar və kişilər arasında narazılıqlar var. Bu narazılıqlar ölkədən-ölkəyə, əsrdən-əsrə belə dəyişmir.

Kişilərin qadınlarda sevmədiyi on əlaməti təqdim edirik.

Deyinmək



Başqa sözə hacət varmı? Kişilər daim deyinməkdən şikayətçidir. Qadının məmnuniyyətsizliyindən şikayətçidir. Sadəcə olaraq bunu adi qəbul etmək gərək. Yoxsa problem olur. Amma burda yaxşı bir şey də var. Bəli, deyinməkdə yaxşı bir şey. Şair deyir ki, qadın susubsa hər şey bitib, o münasibətə nöqtə qoyulub. Dünyanın bütün qadınları, deyinin! Biz sizi dinləyirik.

Çox gözlətmələri



Zaman nisbidir. Bunu Eynşteyn kəşf edib. Buna görə Nobel də alıb. Amma Eynşteyn belə zamanın kişi və qadınlarda başqa cür qavranıldığını sübut edə bilmədi. Di gəl ki, faktdır, beş dəqiqə qadın və kişi üçün çox fərqli şeyləri ifadə edir. Bunu da bəri başdan bu cür bilmək lazımdır. Nə olsun ki, Eynşteyn zamanın nisbiliyi deyəndə başqa qalaktikalardakı zamanı nəzərdə tuturdu. Dahilər səhv edə bilməzmi?

Dostlarla görüşünə qarışmaq



Hə, burda artıq məsələ başqa cürdür. Qadınlar adətən kişilərini dostlarına qısqanırlar. Dostların arasında qadın varsa onu daha çox qısqanırlar. Söhbət qadın dostla aranızdakı səmimi dostluq hisslərindən gedir, ha. Qısqanırlar sadəcə. Elm bu problem qarşısında acizdir. Bəlkə qadın həm də kişinin dostlarının da funksiyalarını özəlləşdirmək istəyir. Mən varkən dosta nə hacət deyir? Ola bilər.

Anası və bacısı haqda neqativ şeylər



Kişiləri ən çox qıcıqlandıran şeylərin əvvəlində gəlir. İzahata ehtiyaca yoxdur məncə.

Öz qohumları ilə ünsiyyət



“Xalam qızının uşağı olub, ora gedək” cümləsinin bir kişi üçün nə ifadə etdiyini izah etmək mümkünsüzdür, əziz qadınlar. Kişilər belə şeylərə qarşı həddən artıq həvəssizdirlər. Həvəsli olanları nadir istisnadır və kişilər öz aralarında belələrini daim lağa qoyarlar.

Maşın sürməyi



Qadından sürücü olmaz. Kişilərin ümumi fikri belədir. Desən ki, Valentina Tereşkova kosmosa çıxıb, dünyada iki dəfə Nobel alan yeganə alim Mariya Küridir, fərq etmir. Kişilər maşın sürmək imtiyazının qadınlara keçməsi ilə barışa bilmirlər.

Alış-veriş marağı



Bu zülm sənin sayəndədir, qadın. Sən açdın başımıza kapitalizmi, sənə görə İraqı bombaladı Buş, sənə görə Qəddafini devirdi Amerika. Çünki sənaye daha çox yanacaq tələb edir. Ona görə ki, sən hər şeyi alırsan, kamil bir istehlakçısan, sənin istəklərinə görə dünyada bu qədər adam qırılır, Ərəb baharının da səbəbi sənsən, qadın.

Çox sərt olmadı ki? Kişilərin çoxu bu qədər nəzəri düşünə bilməsə də onların qadınların şoppinq həvəsi haqqında fikirləri üç aşağı, beş yuxarı budur.

Başqalarını nümunə gətirməyi



“Başqasının kişisi” cümləsinin ardını gətirə bilmir qadınlar. Qadına zorakılıq halları da adətən bu sehrli cümlədən sonra baş verir. Bu zarafatdır, əlbəttə. Sözün doğrusu deyilən bir zarafat.

Diqqətsizlikdən şikayət



Dedik, axı qadınları məmnun etmək çətindir. Amma guya kişilər çoxmu yaxşıdır. Amma istənilən halda qadına diqqət göstərmək vacibdir. Xətti çox keçmək də olmaz. Ancaq bir tərəf müntəzəm şəkildə digər tərəfi məmnun etməklə məşğul olursa bir tərəf digərinin köləsinə çevrilir. Orta yol həmişəki kimi ən yaxşı yoldur. Diqqət göstər amma əvəzində də gözlə. Belə…

Seçə bilməmək



Qadınların hər hansı bir məsələdə, tutaq ki, restoranda yemək seçəndə, geyim seçəndə göstərdiyi tərəddüdlər kişiləri sadəcə əsəbiləşdirir. Həm də çox əsəbiləşdirir. Etməyin, eləməyin.. :)lent.azшаблоны для dle 11.2

5708 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___