Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalara yoluxanların sayını açıqladı
Tarix: 17-01-2017 | Saat: 11:28
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər



Səhiyyə Nazirliyi kəskin respirator infeksiyalara yoluxanların sayını açıqladı



Bu il Azərbaycanda kəskin respirator infeksiyalara yoluxanların sayı ötən ilin yanvar-fevral aylarına nisbətən 2 dəfə azdır.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ilin yanvar-fevral aylarında kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı vəziyyət daha kəskin idi:



"Keçən il xəstələnmə halları bu ildəkindən 2 dəfə çox idi. Amma indi ötən ilin yanvar-fevral aylarına nisbətən azalma var. Laborator müayinələr zamanı da xəstələrdə bir o qədər viruslar aşkarlanmır. Xəstələrin əksəriyyəti xəstəliyi yüngül keçirir. Ağırlaşma o zaman olur ki, xəstə yataq rejiminə riayət etmir, həkimə müraciət etmir, kiminsə məsləhəti ilə dərmanlar qəbul edir, yəni düzgün müalicə olunmur. Belə hallarda insanlarda bronxit əlamətləri müşahidə edilir və digər ağırlaşmalar olur. Ancaq xəstə ilkin əlamətləri görən kimi həkimə müraciət edirsə, o, xəstəliyi çox yüngül keçirir. Eyni zamanda, ətrafdakıların da xəstəliyə yoluxmasının qarşısı alınır".

A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümündə müayinə üçün 265 material götürülüb. Onların 5-də paraqrip, 6-da Adena virus, yəni kəskin respirator virus infeksiyaları, 2 nəfərdə isə qrip aşkar olunub.

RGEM rəsmisi əlavə edib ki, bu payız-qış mövsümündə qeydə alınan kəskin respirator virus infeksiyaları epidemik həddi keçməyib. Yəni, hazırda ölkədə kəskin respirator infeksiyalara yolxuma səviyyəsi mövsümə uyğundur.

A.Əliyeva qeyd edib ki, hazırda xəstələnmə halları epidemik həddən iki dəfədən çox aşağıdır.


Xəbəri paylaş

6978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___