"Biri lampanı söndürdü, digəri bıçağı boğazıma dirədi" - Şəmkirdə maskalı şəxslər evə basqın edib - FOTO
Tarix: 16-01-2017 | Saat: 21:39
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Şəmkirdə maskalı halda evə daxil olan quldurlar saxlanılıb.
"Xəbəraz.az " ARB Kəpəz-ə istinadən xəbər verir ki, rayonun Qaracəmirli kəndində tənha qadının qızıllarını mənimsəyən "qəhrəmanların" eyni əməli başqalarının da başına açması, sonda quldurların yolunu polisə salıb.
Şəmkir rayonunun Qaracəmirli kəndində edilən quldurluq gecə saatlarına təsadüf edib. 2 nəfər maskalı şəxs kənd sakini Ziyafət Ağayevanın evinə girərək qadına soyuq silahla hədə-qorxu gəliblər. Çəkinməyərək cəld tərpənən qadın onların üzərindəki örtüyü çıxarmağa çalışsa da əks-hücumla qarşılaşıb. Zərərçəkənin sözlərinə görə, naməlum şəxslərdən biri onu boğmağa cəhd etsə də niyyətinə çata bilməyib. Qadının öz canının hayında olduğu müddətdə evdə aparılan axtarış nəticə verməyincə, gözlərini qadının barmağındakı qızıl üzüyə dikiblər.
Zemfira Ağayeva - zərərçəkən şəxs: "Əvvəlcə qapının birini, sonra isə o birisini təpiklə vurub açıblar. Vuran kimi bıçaqla üstümə gəldilər. Biri gecə lampasını söndürdü. O biri isə, bıçağı boğazıma dirədi ki, pulun yerini de. Mənim pulum yoxdur dedim. Dedi: onda bəs maşının pulu haradadır. Dedim hamısını borca vermişəm".
Hadisədən sonra cinayət baş verən ünvana Şəmkir rayon polis şöbəsinin Kür bölməsinin əməliyyatçıları gəlib. Zəruri istintaq hərəkətlərindən sonra əməliyyat tədbirlərinə başlayan polis, şübhəli kimi Qaracəmirli kənd sakinləri 24 yaşlı Şəhriyar Quliyevi və 22 yaşlı Tehran Həsənovu saxlayıb. Dindirilən hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Əvvəlcədən planlaşdırılan quldurluq Ziyafət Ağayevanın rəhmətə gedən həyat yoldaşına məxsus avtomobilin satılmasından yaranıb.
Şəhriyar Quliyev- saxlanılan şəxs: "İçəri keçib pul və qızıl tələb etdim. Dedi ki, pulum yoxdur. Sonra dedim qızılları ver. O da qızılları vermək istəmədi. Dedi ki, yadigarımdır".
Ortağı ilə həmfikir olan Tehran Həsənov isə qadına etdiyi humanistliyindən danışıb.
Tehran Həsənov - saxlanılan şəxs: "Üzündən maskasını cırdı. O da balıncı üzünə tutdu. O da boğuldu. Balıncı götürəndən sonra gördü arvad boğulur. Dedi mənə su ver. Mən də sobanın üstündən çaydandan su götürüb verdim".
Araşdırmalar Şəhiyar Quliyevin bir neçə cinayətdə əli olduğunu ortaya çıxarıb. O, digər həmkəndlilərinin qəniminə çevrilib.
Dəstə üzvlərinin həmçinin, bu ilin sentyabr ayında Qaracəmirli kənd sakini Sübhan İbrahimovun yaşadığı mənzildən 2 min manat dəyərində qızıl zinət əşyaları oğurladığı da ortaya çıxıb. Artıq hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Xəbəri paylaş
9088 dəfə oxunub.
Digər xəbərlər

8-09-2016, 21:14
Banklar dollar alışını dayandırdı
22-04-2016, 15:02
Səfirlik əməkdaşının maşınına güllə dəyib
23-12-2020, 15:12
Bura bir kitabxanadan daha çox korrupsiya yuvasıdır
22-02-2017, 11:04
Ermənilər hücum etdilər, itki verib geri çəkildilər - VİDEO
25-01-2022, 16:11
Avtomobili olanlar MÜTLƏQ İZLƏSİN! - Bundan sonra... - VİDEO
2-04-2019, 14:41
"18 gün oğlumun nəşi tapılmadı, sonra isə təmas xəttindən..." - Aprel şəhidinin anası
11-03-2015, 23:24
Həyətinə gələn uşağına görə qonşusunu öldürən Binəqədi sakini 14 il cəza alıb – FOTO
27-10-2021, 12:44
Həkimdən həyəcan siqnalı: "Yeni ştammı uşaqlar ağır keçirir"
7-07-2015, 22:23
“Space Müstəqil Tele-radio Şirkəti”nə xəbərdarlıq elan edildi