Maral gölün üzərində kabab çəkən, güllə atanların kimlikləri bilindi - AXTARILIRLAR
Tarix: 15-01-2017 | Saat: 18:20
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu günlərdə sosial şəbəkədə bir qrup şəxsin Göygöl Milli Parkının Maral göl ərazisində donmuş göl üzərində dırnaqarası istirahətini nümayiş etdirən video görüntülər yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, görüntülərdə onlar xüsusi mühafizə olunan ərazidə kef məclisi quraraq icazə verilməyən yerdə, gölün üzərində manqalda kabab çəkib, müxtəlif qanunsuzluqlar törətməklə bərabər, hətta donmuş gölə atəş də açıblar.
Bu şəxslərin təbiətə, əfsanəvi Maral gölə qarşı vandal münasibəti haqlı olaraq sosial şəbəkə iştirakçıları tərəfindən qınaq obyektinə çevrilib. Maral göl ərazisində bir qrup şəxsin törətdiyi bu qanunazidd hərəkətlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dərhal araşdırmalara başlanılıb. Maral göldə müvafiq qayda və qanunları pozan şəxslərin sosial şəbəkə vasitəsi ilə yaydıqları görüntülər təhlil edilib və bir neçəsinin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, 3 yanvar 2017-ci il tarixində Samir Sadıqov, Asif Quliyev, Azər Qarayev və digərlərindən ibarət 7 nəfərlik qrup qanunla müəyyən edilmiş qaydaları pozaraq Maral göl ərazisinə daxil olublar. Qrup üzvlərinin hamısı hazırda müxtəlif ünvanlarda yaşayan Kəlbəcər rayon sakinləridir. Digərlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bu şəxslər sivil qaydada bilet alaraq Milli parkın giriş qapısından deyil, Toğana kəndi istiqamətindən dolayı yollarla atlar vasitəsi ilə qanunsuz olaraq Göy göl Milli parkının ərazisinə daxil olub və Maral göldə təbiətə qarşı qanunazidd davranışlar nümayiş etdiriblər. Nazirlikdən bildirilib ki, yol verdikləri qanunsuz hərəkətlərə görə bu şəxslərin ən yüksək məbləğdə cərimələnməsi istiqamətində hazırda sənədləşmə işləri aparılır. Eyni zamanda Göy göl Milli Parkının aidiyyəti üzrə mühafizə işlərinə cavabdeh olan şəxslərinin və rəhbərliyinin dairəsi müəyyənləşdirilir. İşlərində yol verdikləri səhlənkarlığa görə onlara qarşı qanunvericiliyə uygun intizam cəzası tətbiq ediləcək.
Xəbəri paylaş
8578 dəfə oxunub.
Digər xəbərlər

6-05-2016, 17:46
Şəhidin medalı ailəsinə təqdim edildi - Fotolar
26-01-2018, 21:26
Ölkə əhalisinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi hansıdır?
1-09-2016, 22:54
Elmar Məmmədyarov sərt danışdı: Artıq bəsdir...
2-09-2022, 12:50
Bu aylarda Azərbaycanda avtomobillər bahalaşacaq - AÇIQLAMA
21-11-2016, 19:58
“Qalatasaray”da şok qalmaqal
19-11-2015, 15:33
Övladlarına bu adları qoya bilməyəcəklər – SİYAHI
4-10-2021, 09:29
"Klinikanın qarşısında aclıq aksiyası keçirəcəyik..." - "DünyaGöz" kilinikasından şikayət
10-01-2016, 21:56
Azərbaycan - Rusiya sərhəddində izdiham – FOTO
15-10-2016, 01:43
Peyğəmbərimizə qarşı hörmətsizlik - AŞPA-da
7-05-2016, 15:34
Ərdoğana: “Rəis, məni baş nazir edərsənmi?”