Ermənistan cəbhədə TƏXRİBAT TÖRƏTDİ - FOTO
Tarix: 13-01-2017 | Saat: 16:39
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb.
Bu cür mənşəyi və mənsubiyyəti məlum olmayan qeyri-ənənəvi üsulla hazırlanan partlayıcı vasitələrin düşmən tərəfindən tətbiqi müdafiənin ön xəttində yerləşən bölmələrimizin şəxsi heyətinə, xüsusilə də həmsərhəd ərazilərdəki yaşayış məntəqələrinin dinc əhalisinə xəsarət yetirmək məqsədini güdür.
Partlayıcı qurğunun zərərsizləşdirildikdən sonra ilkin öyrənilməsi zamanı bu vasitənin elektrik detonatoru, detonasiya qaytanı, çoxlu sayda metal qəlpələr və qurğunun işə salınması üçün batareyalardan ibarət olduğu müəyyən edilib.
Beynəlxalq normativ hüquqi qaydalarla istifadəsi qadağan olunan bu cür vasitələrin Ermənistan tərəfindən, xüsusilə Azərbaycan-Ermənistan dövlət sərhədində məqsədyönlü şəkildə tətbiqi vəziyyəti gərginləşdirmək, Azərbaycanı cavab tədbirləri görməyə təhrik etmək və bununla da təmsil olunduğu hərbi-siyasi blokun digər üzvlərinin diqqətini növbəti dəfə cidd-cəhdlə münaqişəyə cəlb etmək məqsədini güdür.
Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək hər hansı insidentə və onun nəticələrinə görə məsuliyyət tamamilə Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
Xəbəri paylaş
7608 dəfə oxunub.
Digər xəbərlər

11-05-2016, 20:02
Prezident israilli həmkarını təbrik etdi
28-03-2018, 21:52
Neftçalada tikintidə bədbəxt hadisə - ölən və yaralanan var
13-06-2020, 18:55
Ukraynada nazir və prezidentin müşaviri koronavirusa yoluxdu
7-06-2016, 12:03
Bişkek görüşü başladı: Rasizadə getmədi
25-05-2016, 14:02
Nigar Camal Emin Ağalarovun anası ilə bir arada – FOTO
19-02-2017, 21:56
Prezident: “Bu ikili yanaşma aradan qaldırılmalıdır"
10-11-2015, 16:53
Azərbaycanda yeni sürüşmə təhlükəsi