Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağsuda arvadını bıçaqlayaraq komaya salan kişi: "Heç nə xatırlamıram"
Tarix: 13-01-2017 | Saat: 15:06
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Ağsuda arvadını bıçaqlayaraq komaya salan kişi: "Heç nə xatırlamıram"


Ağsuda əri tərəfindən bıçaqlanan qadın hələ də komadadır. "Xəbəraz.az " xəbər verir ki, həkimlər Ərəbuşağı kəndində əri Fariz Xəlilov tərəfindən bıçaqlanan 31 yaşlı Şəbnəm Xəlilovanın həyatının xilas edilməsinə çalışır.

Bu arada məlum olub ki, F.Xəlilov hadisəni törədərkən sərxoş vəziyyətdə olub. O, polisə verdiyi ifadədə həyat yoldaşı ilə hansı səbəbdən mübahisə etdiyini, onu niyə bıçaqladığını xatırlamadığını deyib. Olayın dəqiq səbəbi Ş.Xəlilova komadan ayılandan sonra üzə çıxacaq.

*****

12 yanvar

Ağsuda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Fariz Əmirxan oğlu Xəlilov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Xəlilova Şəbnəm Təyyar qızına mətbəx bıçağı ilə bir neçə dəfə xəsarət yetirib.

Bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan Şəbnəm Xəlilova təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan 2 uşaq anası Şəbnəm Xəlilova hazırda koma vəziyyətindədir.

Şəbnəm Xəlilovanın hansı səbəbdən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.



Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___