Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Boğaz ağrısını azaldan 5 BİTKİ ÇAYI
Tarix: 12-01-2017 | Saat: 23:00
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Boğaz ağrısını azaldan 5 BİTKİ ÇAYI


Havalar soyuyan kimi xəstəliklər də insanları yaxalayır. Asqırıq, öskürək, burun axıntısı insanları dəsmalı əlindən yerə qoymağa imkan vermir. Boğaz ağrısı ilə gələn xəstəliklərə qarşı güclü olmaq üçün bitki çaylarından istifadə edə bilərsiniz. Boğaz ağrılarını yüngülləşdirən və boğazı yumşaldan bitki çayları iltihabın aradan qaldırılmasına da kömək olur.

Boğaz ağrısına yaxşı təsir edən bitki çaylarını təqdim edir.

Adaçayını dəmləyərkən diqqətli olun!

Adaçayının yarpaqlarında olan uçucu komponentlər ağız və boğaza yerləşən infeksiyanı, iltihabı aradan qaldırır. Lakin uçucu komponentlərdən təsirli bir şəkildə faydalana bilmək üçün dəmləmə texnikası da əhəmiyyətlidir. 2-3 paket adaçayının üzərinə 1 stəkan qaynar su əlavə edib, ağzını bağlayın, 10-15 dəqiqə dəmlənməsini gözləyin. Gündə 2 fincana qədər içə bilərsiniz.

Boğaz quruluğuna qarşı nanə çayı

Nanə çayının tərkibində olan uçucu komponentlər boğazın yumşalmasına və quruluğu aradan qaldırılmasına kömək olur. Bu səbəbdən də gündə 1-2 fincan içə bilərsiniz. Lakin reflüks probleminiz varsa, uzaq durun.

Boğaz ağrısına qarşı nar qabığı

Narın qabığında olan polifenolik komponentlər boğaz infeksiyalarına səbəb olan bakteriyaların fəaliyyətini azaldır. Nar qabığını tullamaq əvəzinə qurudub çay kimi için. 2 çay qaşığı qurudulmuş nar qabığının üzərinə 1 stəkan isti su əlavə edərək, şüşə fincanda 10 dəqiqə dəmləyin və için.

Mixək göynəmə hissini aradan qaldırır

Mixəyin tərkibində olan uçucu komponent boğazdakı yanma, göynəmə hissini aradan qaldırır. Ağız, boğaz yolu infeksiyaları zamanı antiseptik və ağrını aradan qaldıran xüsusiyyəti var. Mixəyi əzərək içəcəyiniz çaya əlavə edə bilərsiniz.

Biyan kökü bəlğəmi aradan qaldırır

Tərkibində olan saponin tipi komponentlər boğazda yaranan bəlğəmin yumşalmasını təmin edir. 3 stəkan suya 3 çay qaşığı biyan kökü əlavə edin, 15 dəqiqə dəmlədikdən sonra hər gün içə bilərsiniz.




Xəbəri paylaş

7098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___