Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə polis idarəsinə TERROR HÜCUMU: ölən var - YENİLƏNİB - VİDEO
Tarix: 10-01-2017 | Saat: 20:10
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Türkiyədə polis idarəsinə TERROR HÜCUMU: ölən var - YENİLƏNİB - VİDEO


17:27

Qaziantep Polis İdarəsi qarşısında saat 15.23 radələrində terrorçularla silahlı qarşıdurma zamanı bir terrorçu öldürülüb.

Şahidlərin dediyinə görə, bir polis əməkdaşı da yaralanıb. Bir terrorçunun isə qaçdığı deyilir.

TERRORÇU BİNAMIZA GİRDİ

İHA müxbiri Orhan Akın: "Qaçan terrorçunun bizim redaksiyanın da olduğu binaya girdiyi deyilir".

---------

17:09

Türkiyədəki terror aktının bəzi təfərrüatları məlum olub.

Terrorçular polis idarəsinin arxa qapısından, park gişindəki qapıdan içəri girmək istəyiblər.

Növbətçi polis cinayətkaralara mane olduğu an terrorçulardan biri silaha əl atıb.

"Xəbəraz.az "xəbər verir ki, silahlı qarşıdurma zamanı bir terrorçu öldürülüb, 1 polis əməkdaşı və bir uşağın yaralandığı deyilir. Əraziyə xeyli sayda təcili tibbi yardım briqadaları gəlib. 2 terrorçunun tutulması yönündə əməliyyat bu dəqiqələrdə davam edir.

----------

17:00

Türkiyənin Qaziantep vilayətində polis idarəsinə silahlı hücum olub.

"Xəbəraz.az " xəbər verir ki, 3 terrorçu binaya daxil olmağa cəhd edib və nəticədə atışma olub. Atışma zamanı terrorçulardan biri öldürülüb, biri isə yaralanıb. Yaralı terrorçunun hal-hazırda polis idarəsi qarşısında yerdə uzanıqlı vəziyyətdə qaldığı, digərinin isə qaçdığı deyilir.

Atışma zamanı bir polis əməkdaşı yaralanıb.

Terrorçulardan birinin canlı bomba olduğu iddia edilir.

Qaçan terrorçunun polis binasının qarşısında olan iş mərkəzinin avtoparkında gizləndiyi məlum olub. Xüsusi təyinatlı polis əməkdaşları qaçan terrorçu ilə bağlı ərazidə əməliyyata başlayıb.


Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___