Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Cracking art” incəsənət əsərləri Heydər Əliyev Mərkəzində
Tarix: 17-03-2015 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

“Cracking art” incəsənət əsərləri Heydər Əliyev Mərkəzində
Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təşkil olunacaq.

Heydər Əliyev Mərkəzində Avropanın məşhur “Cracking Art Group” əsərlərinin təqdimatı olacaq.

Mərkəzdən Xeberaz.az -a verilən məlumata görə, “Pop-art” janrındakı nəhəng incəsənət əsərləri martın 18-dən Heydər Əliyev Mərkəzinin parkında nümayiş etdiriləcək.

Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı- italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıb. Bu hərəkat bütün səylərini müasir incəsənət haqda təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.

Rəssamlar təkrar emal edilmiş və asan utilizasiya olunan sintetik materiallardan istifadə etməklə hazırlanan nəhəng, parlaq rəngli heyvanlar ilə ictimaiyyətin nəzərini ətraf mühitin problemlərinə yönəldir. “Cracking art” əsərləri bir tərəfdən diqqəti ekoloji məsələlərə çəkir, digər tərəfdən isə yeni texnologiyaların tətbiqini nümayiş etdirir.

“Cracking Art Group” öz yaradıcılığı ilə bu günədək dünyanın bir sıra şəhərlərini fəth edib. Qeyd olunan əsərlər Nyu-York, Sidney, Milan və digər şəhərlərdə nümayiş olunub.
Bu incəsənət nümunələri bu dəfə Bakıda Heydər Əliyev Mərkəzinin parkında şəhər sakinləri və qonaqların ixtiyarına veriləcək. IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən bu layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına insanların diqqətini artırmaqdır.

Martın 18-də, həmçinin Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təşkil olunacaq. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri-səmənilər nümayiş etdiriləcək. Heydər Əliyev Mərkəzindəki bu sərgi Novruz günlərində izləyicilərə bayram əhval-ruhiyyəsini birlikdə yaşamağa və rəssamların Novruz ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə tanış olmağa imkan yaradacaq.












Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___