Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ev neçə yerdən partlayıb" - Şamaxıda sürüşmə təhlükəsi - VİDEO
Tarix: 09-01-2017 | Saat: 20:53
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Ev neçə yerdən partlayıb" - Şamaxıda sürüşmə təhlükəsi - VİDEO


Şamaxıda yağan qarın əriməsi sürüşmə ərazilərində torpaq uçqunlarının baş verməsinə, evlərin və əkin sahələrinin yararsız vəziyyətə düşməsinə səbəb olub.

ARB Şəki xəbər verir ki, Şamaxıdakı sürüşmə ərazilərində təkrar torpaq uçqunları baş verib.

Rayon ərazisindəki ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün genişlənir. Artıq kənddə 7 ev qəzalı vəziyyətə düşüb ki, onların ikisində vəziyyət daha acınacaqlıdır. Hər gün yaşanan sürüşmə yaşayış evlərində açıq-aşkar şəkildə hiss olunmaqdadır. Bu səbəbdən sakinlər öz evlərində gecələməyə qorxurlar.

Qalib Qəhrəmanov - Şamaxı sakini: "Ev neçə yerdən partlayıb. Qoca anamı, körpə uşağı heç yerə apara bilmirəm".

Sürüşmə evlərlə yanaşı, vətəndaşlara məxsus əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb. Ərazidə əkin işlərinin aparılması mümkünsüzdür.




Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___