Avtobuslarda vərəm yayıla bilər - Həkim
Tarix: 09-01-2017 | Saat: 16:57
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Azərbaycanda ictimai nəqliyyatda dezinfeksiya işlərinin aparılmaması vərəm xəstəliyinin yayılmasına səbəb ola bilər.
Bunu açıqlamasında həkim-ftiziatr Polad Muradov bildirib.
Onun sözlərinə görə, vərəmə yoluxan hansısa bir şəxs xəstəliyini avtobusda digərlərinə də keçirə bilər: "Vərəm xəstəliyi 95 faiz hallarda hava-damcı yolu ilə keçir. Əşyalarla yoluxma isə cəmi 5 faizə qədərdir. Ancaq vərəm xəstəliyinə yoluxan şəxs ictimai nəqliyyatdan istifadə edərkən ağız suyu və s. bulaşmış əli ilə tutacaqdan tutmaqla sağlam adamı da yoluxdura bilər".
Həkim-ftiziatr deyib ki, vərəmə yoluxan insanda xəstəliyin əlamətləri tez müşahidə edilmir: "Əgər orqanizm zəifləyərsə, xəstəlik özünü büruzə verə bilər. Vərəmə yoluxmamaq üçün soyuqdan qorunmaq lazımdır. Xəstə insanla təmasda da olmamaq daha yaxşıdır. Otaqların havası tez-tez dəyişdirilməlidir. Təbii ki, hər bir öskürən insan vərəm deyil. Öskürək çox zaman yuxarı tənəffüs yollarının iltihabının aşağı tənəffüs yollarına keçməsi nəticəsində yaranır. Orqanizmi bu problemdən qorumaq üçün immuniteti gücləndirmək vacibdir".
Xəbəri paylaş
7388 dəfə oxunub.
Digər xəbərlər

4-01-2019, 09:38
Bu gün “Gəncə işi” üzrə ilk məhkəmə başlayır
24-08-2018, 11:49
"Mətanət elə etdi ki, özümü günahkar bildim" - Videonu çəkənin anası
15-12-2015, 01:16
Balanslarını 3 və 5 AZN dəyərində artırmış abunəçilər “iPhone 6” və 15000 AZN hədiyyə fürsəti qazanırlar
25-08-2015, 13:59
Pakistanın tanınmış qəzeti Mehriban Əliyevadan yazdı
22-02-2016, 18:50
Aygün və Samirdən “Ağlasın” – Video
6-04-2016, 12:36
Ermənilər Tərtəri yenidən atəşə tutdu, rayonda atışma gedir
29-09-2016, 16:49
Sumqayıtda fəhlələr beşinci mərtəbədən yıxılıb: Ölən var
25-12-2018, 11:11
Telman İsmayılov adam oğurluğunda günahlandırılır
2-03-2022, 14:11
Təhsil, səhiyyə və mədəniyyətimizin "nəfəsi kəsilmək" üzrədir - Səbəbi nələr, yaxud kimlərdir?