"Reina qətliamçısı"ndan təzə xəbər: özək ifşa olunub, ailəsi tutulmayıb...
Tarix: 07-01-2017 | Saat: 10:22
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İstanbulda yeni il gecəsi 39 nəfərin öldürüldüyü Reina qətliamını İŞİD terror təşkilatının “Özbək” hücrəsinin təşkil etdiyi bəlli olub.
Hüquq-mühafizə orqanları İŞİD-in bu ölkədəki Şərqi Türküstan mənşəli “Özbək” şərti adlı özəyini deşifrə edib. Əməliyyat zamanı Reina terrorçusuna yardım etmiş 10 nəfərlik qrup ələ keçirilib. Tutulanların bu qanlı hadisənin hazırlanmasında aktiv rol oynadıqları bildirilir.
Əməliyyat nəticəsində Reina qətliamçısı, Əbu Muhamməd Xorasani kod adlı, əsl adı hələ də bəlli olmayan, özbək əsilli olduğu bildirilən terrorçuya dəstək vermiş 10 nəfərdən başqa, daha 15 nəfərin saxlanıldığı bildirilir.
Məlumatda bildirilir ki, “Xorasani”, 12 dekabrda terror təşkilatının Konyadakı özəyinin ifşa olunmasından sonra, 15 dekabrda İstanbula gəlib.
Bundan başqa, bəlli olub ki, terrorçunun arvadının və iki uşağının Konyada ələ keçirildiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Terrorçunun ailəsinin qətliamdan dərhal sonra İŞİD-in başqa bir hücrəsinə təhvil verildiyi üzə çıxıb.
Xəbəri paylaş
8268 dəfə oxunub.
Digər xəbərlər

10-05-2017, 11:28
Azərbaycan nefti bahalaşdı
28-09-2018, 16:31
Vüqardan meyxanaçılara sərt sözlər: "Biri qoşulub Türkana, bir digəri müğənnilik edir"
14-06-2018, 18:29
Ramil Usubov müğənninin videosuna görə iki polis zabitini CƏZALANDIRDI
23-05-2016, 12:01
Türkiyədən Moskvaya sərt etiraz
13-01-2016, 19:27
Siyəzəndə 55 nəfər saxlanılıb – RƏSMİ
2-03-2022, 09:43
2 nömrəli Bakı Baza Tibb Kolleci BAZARDIR... - Buranın yetişdirdiyi kadr nə olacaq ki...
8-07-2017, 12:39
Azərbaycanlı fəhlənin möhtəşəm ifası - VİDEO
7-08-2023, 09:44
Azərbaycanda bütün siqaretlər bahalaşdı - FOTO
19-06-2022, 12:11
Sabahın hava proqnozu AÇIQLANDI