Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
SOCAR-ın platformasında meydançanın bir hissəsi ÇÖKDÜ
Tarix: 05-01-2017 | Saat: 19:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

SOCAR-ın platformasında meydançanın bir hissəsi ÇÖKDÜ


Dünən axşam saatlarında SOCAR-ın N.Nərimanov adına Neft-Qazçıxarma İdarəsinin (NQÇİ) "Ələt" yatağındakı 41 saylı platformasında meydançanın dizel yanacağı tutumunun altındakı hissə çöküb.
"Xəbəraz.az " xəbər verir ki, SOCAR-dan APA-ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində müvəqqəti tutum qoyulub ki, yatağın elektrik enerjisi ilə təchiz olunması tam olaraq təchiz edilsin.

Məlumata görə, bu gün səhər saatlarından SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunun əməkdaşları hadisə yerinə cəlb olunublar: "Artıq tutum öz yerinə qoyulub".

Dövlət şirkətindən bildirilib ki, hadisə nəticəsində ölən və yaralananlar yoxdur. Bununla yanaşı, sütun germetik bağlı olduğundan dənizə heç bir dağıntı olmayıb.

Qeyd edək ki, bu platforma bütün "Ələt" yatağını işıqlandıran platformadır. Platformada dizel yanacağı tutumları mövcuddur. Həmçinin platformada dizel yanacağı ilə işləyən elektrik generatorları var. Platforma başqa özülləri kabel vasitəsilə işıqlandırır və "Ələt" yatağının enerji sistemi buradan qidalanır.




Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___