Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda oğul atasına 20 BIÇAQ VURDU
Tarix: 05-01-2017 | Saat: 12:32
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda oğul atasına 20 BIÇAQ VURDU


Bakıda qətl hadisəsi baş verib.
"Xəbəraz.az " xəbər verir ki, hadisə yanvarın 4-də gecə saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Novruzov Laçın Mehman oğlu yaşadıqları evdə atası - 1965-ci il təvəllüdlü Məmmədov Mehman Musa oğlu ilə mübahisə edib. Mübahisəyə səbəb isə atanın içkili olması olub. Mübahisə nəticəsində L.Novruzov M.Məmmədovu çoxsaylı bıçaq zərbələri ilə - 20 bıçaq zərbəsi endirməklə qətlə yetirib.
Məlumata görə, ata M.Məmmədov içki aludəçisi olub və bu səbəbdən də ailədə tez-tez söz-söhbət yaranırmış. Yanvarın 4-də gecə saatlarında evə yenidən içkili gələn M.Məmmədov ailə üzvləri ilə dalaşıb. Buna görə də L.Novruzov mətbəx bıçağı ilə atasını qətlə yetirib.
Hadisəni törədən L.Novruzov saxlanılıb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.


Xəbəri paylaş

6778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___