Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sinəsində “Nərgiz” yazılan kişinin son sözü... – Dəhşətli qəza
Tarix: 04-01-2017 | Saat: 12:51
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Sinəsində “Nərgiz” yazılan kişinin son sözü... – Dəhşətli qəza
Ötən gün saat 18 radələrində Bakı-Quba yolunun 40-cı km-liyində - Sumqayıt şəhəri ərazisində “Nissan” markalı avtomobillə yolu keçmək istəyən naməlum piyada vurulub və o hadisə yerindəcə ölüb.

"Xəbəraz.az " xəbər verir ki, maşınla vurulan piyada ölüm ayağında olarkən rayona getdiyini deyib və bu onun son sözü olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, “Nissan” avtomobili əvvəlcə “Mersedes” maşınını, daha sonra piyadanı vurub. Hazırda naməlum piyadanın meyiti Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə gətirilib. Sumqayıt Polis İdarəsinin əməkdaşları ölən piyadanın şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində iş aparır. Meyitin sinəsində sol tərəfdə “Nərgiz” yazılıb.

“Yaxınını gözləyən və bu əlamətləri olan hər hansı sakin yaxınlıqdakı polis şöbəsinə müraciət edə bilər”, - İdarədən bildirilib.


Xəbəri paylaş

1 0618 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___