'iPhone 7' qaynadıldı və donduruldu - (VİDEO)
Tarix: 03-01-2017 | Saat: 15:21
Bölmə:Karusel / Xəbəraz TV / Texnologiya | çapa göndər
Yeni "iPhone 7” smartfonu öz xarakteristikasına görə rəqiblərini geridə qoymağa davam edir.
"Xəbəraz.az "-ın xəbərinə görə, bundan əvvəl "iPhone 7”nin suya davamlılığı yoxlanıb və smartfon bu sınaqdan uğurla keçib. Eləcə də, "iPhone 7”nin təchiz olunduğu "A10 Fusion” prosessorunun öz rəqiblərindən öndə olduğu müəyyənləşib. Son olaraq, "iPhone 7”nin donma və qaynamaya dözümlülüyü test edilib.
"TechRax” videobloqunun sahibi, ABŞ-ın Kaliforniya ştatına yaşayan Taras Maksimuk "iPhone 7”nin "Coca-Cola”nın içində dondurulmuş vəziyyətdə bir müddət qaldıqdan sonra hansı vəziyyətə düşdüyünü yoxlayıb. O, smartfonu şüşə qabın içərisinə qoyub və qabı "Cola” ilə dolduraraq soyuducunun buzlama yerinə qoyub. "iPhone 7” orada 17 saat qalıb. T. Maksimuk daha sonra qabı soyuducudan çıxararaq buzlanmış "Cola”nı çəkiclə qırıb və smartfonu çıxararaq işə salıb. "iPhone 7” müəyyən fasilələrlə də olsa, işləməyə başlayıb. Səs keyfiyyəti müəyyən qədər zərər görüb və azalıb. Bundan başqa, smartfon işə salındıqdan sonra ekranda qəhvəyi ləkələr yaranıb, bu isə göstərir ki, 17 saat ərzində maye az da olsa, cihazın içərisinə sıza bilib. Smartfon ekstremal şəraitdə "yaşamaq” üçün batareyanın demək olar ki, bütün enerjisini sərf edib, soyuducudan çıxarıldıqdan sonra onun cəmi 18% enerjisi qalıb.
T. Maksimuk "iPhone 7”nin qaynadıldıqdan sonrakı vəziyyətini də yoxlayıb. Smartfon 7 dəqiqə ərzində suda qaynadılıb. Sudan çıxarılıb, işə salındıqdan sonra o, əvvəlcə işə düşməyib. Lakin 10 dəqiqə sonra smartfon problemsiz şəkildə çalışmağa başlayıb.
Xəbəri paylaş
8148 dəfə oxunub.
Digər xəbərlər

7-12-2018, 17:18
İbtidai sinif müəllimləri imtahana çəkilir
10-04-2017, 14:11
Gecəsi 1500-ə kirayələnən müğənnilər, Röyanın 50 milyonluq sinəsi, yarıçılpaq Afaq - HƏFTƏBECƏR
18-10-2020, 10:17
Qonşu ölkədə koronavirusa yoluxanların sayı 16 mini ötdü
27-04-2016, 17:47
MKİ-nin “kölgəsi” Qarabağ savaşını şərh etdi
25-09-2017, 10:05
Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib - FOTO
14-06-2017, 11:03
Bakının mərkəzində ağır qəza: qadın öldü
31-03-2019, 22:33
Məcburi köçkün özünə qəsd etdi - Bərdədə
12-02-2018, 17:02
Səhər acqarına 1 çay qaşığı bal yemək üçün 5 SƏBƏB
23-02-2023, 15:14
Azərbaycanda Ramazan ayı bu tarixdə başlayacaq
10-07-2015, 19:57
Bu üzümün salxımı 8 min dollardır