Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qızını xəstəxanaya çatdırdı, özü yolda öldü - Bakı-Qazax yolunda dəhşət - YENİLƏNİB
Tarix: 03-01-2017 | Saat: 13:24
Bölmə:Karusel / Hadisə | çapa göndər

Qızını xəstəxanaya çatdırdı, özü yolda öldü - Bakı-Qazax yolunda dəhşət - YENİLƏNİB


12:53

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.

Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə "Ford" markalı maşında olan Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və avtomobildə olan tibb bacısı Validə Yunis qızı Xəlilova və sərnişin Xəyalə Zabit qızı Mehdiyeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

V. Xəlilova xəstəxanada vəfat edib.

Məlumata görə, təcili yardım avtomobilində olanlar hadisə nəticəsində ölən Şəhla Əzizovanın qızını Bakıdakı klinikalardan birinə yerləşdirib geri dönürmüşlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

---------

10:28

Təcili tibbi yardım maşını yanıb.

Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir Rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel" markalı avtomobili ilə vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Qazel" markalı avtomobilin yanar hissələri yanıb. "KamAZ" markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.




Xəbəri paylaş

7448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___