Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərindən boşandı, analıq hüququndan məhrum edildi - VİDEO
Tarix: 03-01-2017 | Saat: 11:53
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Ərindən boşandı, analıq hüququndan məhrum edildi - VİDEO


Seyidxanım Hüseynova 2 il əvvəl həyat yoldaşından boşanıb. Amma nə biləydi ki, ailəsi dağılmaqla bərabər, daha böyük problemlərlə üzləşəcək.

"Xəbəraz.az " xezerxeber-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, İlkin və Elgün adlı övladlarının 8 ay onunla qalması həyat yoldaşı Rasim Hüseynovu qıcıqlandırıb.

Məhkəməyə müraciət edərək, guya onun uşaqlara işgəncə verdiyini, döydüyünü bildirərək valideynlik hüququndan məhrum etdirib. Həm də məhkəmədə Seyidxanımın özü iştirak etmədən. Məhkəmənin qərarını isə anaya çox gec təqdim ediblər.

Keçən ilin aprelindən 7 və 8 yaşlı İlkinlə Elgünün üzünü görmür. Heç hansı internat məktəbində oxuduqlarını da bilmir. Yeganə təsəllisi böyük oğlunun telefonunda qalan şəklinə baxmaq və ağlamaqdır.

Məsələni vəkil Asif Abdullayevlə müzakirə etdik. Deyir ki, Seyidxanım Hüseynova vaxtında məhkəmə qərarından xəbər tutsaydı, növbəti instansiyaya müraciət edərək uşaqları incitmədiyini, normal həyat tərzi keçirdiyini sübut edə bilərdi.

Amma indi də gec deyil. Seyidxanım valideynlik hüququnu bərpa edə, övladlarına qovuşa bilər. Bunun üçün yenidən məhkəməyə müraciət etmək, ailə üzvləri-qonşuları şahid qismində dəvət edərək əsl analıq borcunu yerinə yetirmək potensialında olduğunu sübut etmək lazımdır.

İndi Seyidxanım vəkilin dediklərinə əməl etməli və yenidən məhkəməyə müraciət etməlidir.



Xəbəri paylaş

6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___