Azərbaycanda əlavə istehsal gücləri yaradılacaq
Tarix: 02-01-2017 | Saat: 21:54
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər
Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Qeyd olunur ki, 2017-2020-ci illərdə əlavə istehsal güclərinin yaradılması nəzərdə tutulur. Mütəxəssislərin hesablamalarına əsasən, növbəti 5-10 il ərzində təhlükəsiz enerji təchizatını təmin etmək məqsədilə əlavə 1000 MVt istehsal gücünün yaradılması üçün investisiya qoyulmasına zərurət yaranacaq. Tələb-təklif arasında tarazlıq yaradılması məqsədilə Azərbaycanda müxtəlif bazar alətləri vasitəsilə istehlakı azaldacaq taktikalardan istifadə ediləcək. İstehsala qoyulan investisiyanın növü prioritetlərdən asılı olacaq. Yeni stansiyaların tikintisi dövlət şirkəti tərəfindən həyata keçirildiyi halda, elektrik stansiyalarının tikintisinə başlanıldıqdan sonra tikinti prosesinə nəzarət etmək üçün əsas icra göstəriciləri müəyyən ediləcək və tikintinin gedişatı davamlı şəkildə izləniləcək.
Bu prioritetin həyata keçirilməsi nəticəsində istehsal gücü artırılaraq, 2020-ci ildə real ÜDM-in 130 milyon manat birbaşa və 85 milyon manat dolayı olmaqla, ümumilikdə 215 milyon manat artacağı, 5085 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Bildirilir ki, bu prioritet üzrə istehsal gücünün 1900 MVt artırılması çərçivəsində (hazırda planlaşdırılan 900 MVt istehsal gücü də daxil olmaqla) 1500 MVt istehsal gücünün yaradılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi ilə bağlı (yalnız istilik və su elektrik stansiyalarının tikintisi nəzərə alınmaqla) 1 milyard 950 milyon manat investisiya tələb olunacağı proqnozlaşdırılır. Bu vəsait dövlət və özəl mənbələr hesabına maliyyələşən investisiyaları əhatə edir.
Xəbəri paylaş
7528 dəfə oxunub.
Digər xəbərlər

28-05-2016, 21:11
Türkiyənin bu bölgəsində komendant saatı ləğv edildi
4-03-2016, 16:00
"Səmimi etiraf edəcəyəm ki, şəxsi həyatım..."
16-11-2015, 12:22
Fransa İŞİD-ə atdığı bombaların üzərinə görün nə yazdı - FOTO
30-09-2016, 14:35
Tarkan və xanımının münasibəti gərginləşdi - üzüyü rədd etdi
9-02-2017, 19:48
Prezident hərbçilərlə bağlı - Sərəncam verdi
28-05-2023, 11:46
7-8 saat əvvəl spirtli içki qəbul edən sürücünü DYP sərxoş hesab edə bilərmi? - VİDEO
29-07-2016, 17:45
Bu gün dünya dağılacaq? - VİDEO