Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BMT Suriya atəşkəs razılaşması üzrə səsvermə keçirəcək
Tarix: 31-12-2016 | Saat: 21:31
Bölmə:Karusel / Siyasət / M2 | çapa göndər

BMT Təhlükəsizlik Şurasında Rusiyanın hazırladığı və Suriyada atəşkəs razılaşmasını təsdiqləyən qətnamə üzrə səsvermə keçiriləcək.

Qətnamənin layihəsi humanitar yardımın çatdırılması məqsədilə Suriya boyunca blokadada olan ərazilərə çevik giriş üçün şəraitin yaradılmasına çağırır.

Sənəd həmçinin münaqişənin siyasi proseslə həllini dəstəklədiyini bəyan edir.

Türkiyə və Rusiyanın təşəbbüsü ilə hökumət və muxalif qüvvələr arasında sülh danışıqları qələn ay Qazaxıstanda keçiriləcək.
 BMT Suriya atəşkəs razılaşması üzrə səsvermə keçirəcək

Bir neçə gün əvvəl başlayan atəşkəs Suriyanın əksər bölgələrində qüvvədədir.

Lakin bəzi yerlərdə atışmalar və hava zərbələrinin endirildiyi bildirilir.

Atəşkəs razılaşması Suriya boyunca tətbiq edilir, lakin özünü İslam Dövləti (İD) adlandıran qruplaşma, Fəth əş-Şam Cəbhəsi və kürd YPG döyüşçüləri də daxil olmaqla bəzi qıyamçı qruplara aid deyil.

Rusiyanın BMT-də hazırladığı qətnamə Təhlükəsizlik Şurasının digər veto hüququna malik olan üzvlərinə təqdim olunacaq.

Veto hüququ olan ABŞ, Fransa və Böyük Britaniya Suriya prezidenti Bəşər əl-Əsədin istefa etməsini tələb etsələr də, Rusiya onu dəstəkləyir.

Atəşkəsin Rusiya və Türkiyənin təşəbbüsü ilə reallaşmasına baxmayaraq, Suriya münaqişəsində bu iki ölkə qarşıduran tərəfləri dəstəkləyir - Türkiyə qiyamçıları, Rusiya isə Bəşər əl-Əsədin hökumətini.

BBC


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___