Fermerlərin sərgi-yarmarkası keçirildi - Foto
Tarix: 30-12-2016 | Saat: 02:44
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin “Kənd təsərrüfatında kiçik biznesin inkişafı” adlı layihəsi həyata keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, layihənin məqsədi kənd təsərrüfatı sahəsində yerli istehsalçılarda rəqabət qabiliyyətinin artırılmasına təşəbbüs göstərməklə yerli bazarda yerli məhsullara olan tələbatı və həmçinin gənclərin kənd təsərrüfatı sahəsinə marağı artırmaqdır. Layihə özündə İsmayıllı, Beyləqan, Xızı rayonlarını əhatə edir. Həmin regionlar üzrə aparılmış işlərin son nəticəsi olaraq 29 -30 dekabr 2016–cı il tarixində “Kənd təsərrüfatında kiçik bizneslərin inkişafı” sərgi yarmarkası təşkil olunub.
Yarmarkada Beyləqan, Xızı, İsmayıllı rayonlarının kiçik biznes ilə məşğul olan fermerləri öz məhsullarının sərgi və satışını həyata keçirir.
Sərgi-yarmarkada Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondu, İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, SinerjiPro və CDB Bank şirkətlərinin nümayəndələri iştrak ediblər.
Həmçinin layihə üzrə Xızı, İsmayıllı, Beyləqan rayonlarında fermerlərlə görüşlər keçirilib. Kənd təsərrüfatında kiçik bizneslə məşğul olan fermerlərə marketinq fəaliyyəti, məhsulların rəqabət qabiliyyətinin artırılmasına dair məlumatlar verilib. Yerli istehsal məhsullarının rəqabət qabiliyyətinin artırılması üçün qablaşdırılmanın əsas ünsür olduğu vurğulanırıb.
Aparılmış sorğular nəticəsində məlum olub ki, 3 region üzrə fermerlərin əksər hissəsi birgə təsərrüfatların yaradılmasının tərəfdarıdırlar. Cüzi bir hissə isə bu təsərrüfatların necə aparıla biləcəyinə dair tam bir fikrə sahib olmadıqlarını bildiriblər. Fermerlərin qarşılaşdığı digər bir problem isə onların istehsal etdikləri məhsulların satışı ilə bağlıdır.
Sorğuların digər nəticəsi fermerlərin təklifləri ilə bağlıdır. Təkliflərdən belə qərara gəlinib ki, 3 region üzrə fermerlər öz məhsullarını təhvil vermələri üçün tədarük ambarlarının yaradılmasını istəyir. Buna səbəb məhsullarının həmin ambarlar tərəfindən tam alınması və bazarlara paylanılmasıdır. Bununla fermerlər hal-hazırda arada vasitəçi rolunu oynayan alverçilərin məhsulların qiymətlərini suni şişirtmələrinin qarşısını almaq və daha çox məhsul satışını realizə etmək istədiklərini bildirirlər.
“Kənd təsərrüfatında kiçik biznesin inkişafı” layihəsi ümumilikdə özündə 150 nəfər fermer və gənci əhatə edib.
Xəbəri paylaş
6848 dəfə oxunub.
Digər xəbərlər

25-07-2017, 19:20
Pul doğrudan da xoşbəxtlik gətirir
18-09-2018, 09:46
Prezident İlham Əliyev fərman imzaladı – Yerli icra hakimiyyəti orqanları yalnız bu halda tikintiyə icazə verəcəklər
3-12-2022, 14:02
Dörd nəfəri öldürmüş şəxsin vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar - YENİLƏNİB TƏFƏRRÜATI
16-01-2018, 10:06
Gürcüstan prezidenti üçüncü dəfə ata olub
23-11-2021, 08:43
"Zəng etdilər ki, hədiyyə maşın göndərirəm, dedim, Allah razı olsun"
26-06-2017, 11:11
Bayramda mədəniz ağrımasın deyə belə qidalanın - MƏSLƏHƏT
25-05-2016, 20:25
Əsəd günahı Türkiyənin üstünə yıxdı
29-10-2016, 22:09
DƏHŞƏT: Məktəbli qız sinif yoldaşından HAMİLƏDİR - FOTOLAR
12-03-2015, 11:12
4 Yasli Yusif Əliyevin yaşından çox biliyi herkesi heyrətə gətirdi