İqtisadi fəal əhalinin sayı 5 milyonu keçib
Tarix: 30-12-2016 | Saat: 02:22
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 6,8 min nəfər olub. Onlardan 4 milyon 733,7 minini məşğul əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, muzdla işləyənlərin sayı 1 milyon 513,7 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,4 min, qeyri-dövlət sektorunda isə 625,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 79,2 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,3 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7 faizi emal sənayesində, 6,1 faizi tikintidə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3 faizi mədənçıxarma sənayesində, 2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,1 faizi təhsil, 19 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,8 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,6 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
Facebook
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

27-05-2022, 12:08
Müğənni Rəqsanə öldü: 3 övladı var idi - FOTO
8-08-2018, 15:32
Yağış yağacaq - Sabahın HAVAsı
4-12-2022, 16:24
Vasif Talıbovun qudası kef qurur, naxçıvanlılar isə səfalət içində yaşayır- FOTOLAR və VİDEO
22-06-2015, 17:33
Validə Abbasovanın İtaliya sərgüzəşti
20-10-2017, 09:59
8 yaşlı uşağın ölümünə görə həkimlər prokurorluğa çağırıldılar
14-10-2015, 20:55
Aygün şikayət ərizəsi verdi
4-11-2017, 11:01
Dövlət xəstəxanalarında doğuş neçəyədir -QİYMƏTLƏR/ SİYAHI
21-08-2017, 20:32
Sosial şəbəkələrdə “İlham Əliyevin dostları” adlı səhifə yaradıldı
10-03-2017, 14:05
“Heç kimə “uçeniya” keçmə!” - Spikerlə deputat yenə “toqquşdu”