Nilüfərin qızı, 11 pişiyi və 2 iti ilə birgə yaşadığı villa - FOTO
Tarix: 29-12-2016 | Saat: 14:46
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Məşhurların Taleyi | çapa göndər
Türk pop musiqisinin ən məşhur simalarından olan Nilüfər yaradıcılığının 45 illiyini yeni buraxdığı “Yenidən Yeni Yenə” albomu ilə qeyd edir. Bu münasibətlə Türkiyənin “İnstyle home” jurnalı müğənninin evində qonaq olub.
Sənətçi Beykoz Acarkənddə yerləşən villasında qızı Ayşə Nazlı, 11 pişiyi və iki iti ilə yaşayır: “Burada qızım, pişiklərim və itlərimlə özümüzə komfortlu bir həyat qurmuşuq. Acarkənd adından da göründüyü kimi şəhərin içində kiçik bir kənddir sanki. Hər şey əlimin altındadır. Şəhərə getmədən bir çox işimi elə burada həll edirəm. Yaşıllıqlarla əhatələnib və tərtəmiz havası var. Ən əsası isə Ayşə Nazlının məktəbinə yaxındır”.
Nilüfər onu da deyib ki, on il əvvəl onda rəsm çəkməyə maraq yaranıb. Keçən il rəssam Mahir Güvənin emalatxanasında akademiyaya hazırlaşan tələbələrlə birlikdə rəsm dərslərinə qatılıb: “Düzdür, bu sıralar bir az ara vermişəm, amma yenə başlamağı planlaşdırıram. Hətta gələcəkdə evin bir otağını emalatxana edə bilərəm”.
Müğənni mərhum Kayahanın pianosunu da bu evdə saxlayır.
Xəbəri paylaş
1 1318 dəfə oxunub.
Digər xəbərlər

15-01-2017, 00:15
Deputatın xanımı tapança ilə özünü vurdu - Türkiyədə
17-04-2016, 16:44
Müdafiə Nazirliyi: "Ermənilərin etdikləri vasitəçiləri şoka salıb"
4-01-2017, 13:14
Tamella Arzumanyan: "Azərbaycan hakimiyyəti, bizi quldur Ermənistan hakimiyyətindən xilas edin"
5-04-2017, 21:09
Əkizlərin vurduğu kişinin vəziyyəti kritikdir - Həkimi açıqladı
25-02-2021, 22:08
“Ermənistandakı dövlət çevrilişi cəhdini qınayırıq” - İbrahim Kalın
21-11-2015, 11:43
Leylinin arxiv fotosu
28-03-2017, 20:54
Azərbaycanlı alim Oksford Universitetində mühazirə oxudu
19-11-2016, 10:49
Bakıda gənc rəssam bıçaqlandı
19-12-2022, 11:55
Yeni ildə milyonlar qazanacaq türkiyəli məşhurların - Qonorarları