Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xüsusi əməliyyat: qanunsuz 10 milyonlarla dollar dəyişmiş 3 mütəşəkkil dəstə ifşa edildi
Tarix: 28-12-2016 | Saat: 21:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xüsusi əməliyyat: qanunsuz 10 milyonlarla dollar dəyişmiş 3 mütəşəkkil dəstə ifşa edildi


Ölkə ərazisində valyuta dövriyyəsində manipulyasiya hallarına, "qara bazar" adlandırılan və rəsmi valyuta məzənnəsi ilə hesablaşmayan alternativ valyuta bazarının fəaliyyətinə dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə araşdırılarkən hər biri 10 milyonlarla dollar məbləğində xarici valyutanın qanunsuz alqı-satqısını həyata keçirərək qanunsuz sahibkarlıq yolu ilə külli miqdarda gəlir əldə etmiş 3 mütəşəkkil qrupun silsilə cinayət əməlləri ifşa edilib, hüquqazidd fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları - N.Mustafayev, K.Yusubov, E.Aslanov, F.Əliyev, Ə.Rzayev, S.Yusubov, X.Yusubov, E.Eldarov, T.Mirzəliyev, R.Aslanlı və digərləri 2016-cı il dekabrın 27-də saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Xəbəri paylaş

1 0088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___