Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məişət sabununun sağlamlığa möcüzəli təsirləri
Tarix: 28-12-2016 | Saat: 14:35
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Məişət sabununun sağlamlığa möcüzəli təsirləri


Hamınızın tanıdığı qəhvəyi rəngdə olan məişət sabununun orqanizmə necə faydalı olduğunu bilirsinizmi? Yeni kimyəvi sabunlar kəşf olunduqca 72%-li məişət sabunundan çoxları istifadə etmir. Amma onun insan sağlamlığlna necə təsir etdiyindən də çoxlarının xəbəri yoxdur. Belə ki, bu məişət sabunu aşağıdakı möcüzələrə qadirdir:

* Əgər əlinizdə kəsik və ya çızıq baş veribsə, məişət sabunu ilə oranı sürtsəniz yaraya infeksiya düşməz və sağalma prosesi sürətlənər.
* Müxtəlif zərbələrdən əmələ gələn göyərməni sağaltmaq üçün oraya buz qoymaqdansa, məişət sabunu sürtməniz daha məqsədə uyğundur. Çünki bu sabun zərbədən əmələ gəlmiş şişkinliyi və göyərməni aradan qaldırır.
* Soyuqdəymə və qripp zamanı burun dəliklərini və burun ətrafı nahiyələri məişət sabunu ilə tez-tez yusanız mikroblar ölər və tez sağalarsınız.
* İrinli yaraların tez sağalması üçün məişət sabunu, soğan və şəkər tozundan hazırlanan qarışım çox faydalıdır. Milli.Az immunitet.az-a istinadən bildirir ki, bunun üçün qarışımı axşam yatanda yaranın üzərinə qoyulur və səhər götürülür.
* Ayaq göbələklərindən qurtarmaq üçün xəstəlik olan nahiyəyə məişət sabunu sürtüb, fırça ilə fırçalamaq sonra isə yuyub-qurudub yod sürtmək lazımdır. Bu müalicə 1 həftə və gündə 2 dəfə təkrar olunmalıdır.
* Üz qırxan zaman bahalı təraş sabunlarına pul xərcləməkdənsə, məişət sabunundan istifadə etmək daha faydalıdır.
* Bu sabunla diş fırçasını, darağı və süd şüşələrini dezinfeksiya eləmək olur.
* Saçları ayda bir dəfə məişət sabunu ilə yuyub duruladıqdan sonra limon şirəsi və ya üzüm sirkəsi qatılmış su ilə yaxaladıqda saçlar daha canlı olur.
* Üzün dərisində olan qızartılardan və sızanaqlardan xilas olmaq üçün məişət sabununu köpürdüb köpüyü üzün dərisinə sürtmək və yarım saat sonra ilıq su ilə yumaq lazımdır. Bu proses 2 həftə ərzində gündə 2-3 dəfə təkrar edilıdikdə dəri təmizlənir.
* Dabanlarda olan dəri qalınlaşmasından xilas olmaq üçün bir-neçə gün ayaqlar, 2 litr suya 1 çay qaşığı soda və 1/3 üyüdülmüş məişət sabunu qatılmış suda vanna edilməlidir.


Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___