Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ekskavatorla Bakı yollarında qaydaları pozub, təhlükə yaratdı - VİDEO
Tarix: 27-12-2016 | Saat: 12:54
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Ekskavatorla Bakı yollarında qaydaları pozub, təhlükə yaratdı - VİDEO


Bakıda ekskavator sürücüsü kobud qayda pozuntusuna yol verib. Belə ki, sürücü ağır texnikanın arxa hissəsindəki uzaqvuran işıqları qoşaraq idarə edib. Bu da arxadan gələn sürücülərə mane olmaqla yanaşı, həm də qəza riski yaradıb.

"Xəbəraz.az "xezerxeber.az-a istinadən xəbər verir ki, görüntünü izləyən ekspertlər bildiriblər ki, əslində sürücü həmin işıqları yalnız gecə vaxtı hansısa ərazidə qazıntı işi apararkən istifadə etməlidir. Yəni həmin işiqlarla texnikanı idarə etmək qanunsuzdur.

Ekskavatorun güclü işığı hətta arxadan gələn nəqliyyat vasitələrinin sürücülərinin yolu görməsinə də mane olur. Onlar da ekskavatoru ötüb keçməyə çalışırlar ki, təhlükəli haldan qurtulsunlar.

Görüntünü gecə sürücülərdən biri, Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi yaxınlığında mobil telefonla çəkib. Görüntüdən aydın olur ki, ağır texnika ilə arasında 7-8 metr məsafə olsa da minik avtomobilinin sürücüsü gözünə işıq düşdüyündən yolu yaxşı görmür.

Sürücü çətinliklə də olsa həmin ekskavatorun yanından ötüb keçir. Ekskavator xeyli məsafəni bu cür gedir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, sürücü həmin işıqları təyinatına uyğun istifadə etmir və bu da kobud qayda pozuntusudur.

Yol hərəkəti haqqında qanunun 73-cü maddəsində də var ki, projektor işıqla həm gündüz, həm də gecə nəqliyyat vasitəsini idarə etmək qadağandır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən bildirdilər ki, bu cür faktlar aşkar edildikdə ərazidə xidmət aparan yol polisləri dərhal sürücünü cərimələyirlər. Və onlara xəbərdarlıq edilir ki, nəqliyyat vasitəsnini belə şəkildə idarə etmək olmaz.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş

6078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___