Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Partlayışda evlərə ziyan dəyib: Əraziyə heç kim buraxılmır - Video
Tarix: 27-12-2016 | Saat: 12:21
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Partlayışda evlərə ziyan dəyib: Əraziyə heç kim buraxılmır - Video

Azəriqaz İB Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verməsi barədə ilkin məlumat yayıb.

Qurumdan daxil olan məlumatda bildirilir ki, partlayış nəticəsində xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

***

Fövqəladə Hallar Nazirliyi Bakı-Ələt yolunun 43-cü kilometrliyində, Qaradağ rayonu ərazisində baş verən partlayışla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.

***

Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.

Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Sakinlər və media nümayəndələri əraziyə buraxılmır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.



Xəbəri paylaş

8288 dəfə oxunub.

Digər xəbərlər
26-10-2015, 10:38 Neftin bu günə qiyməti

bütün xəbərlər
____ Instagram ___