Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstifadəsiz torpaq sahələrinin 5 faizi sosial evlər üçün yönələcək
Tarix: 26-12-2016 | Saat: 18:04
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

İstifadəsiz torpaq sahələrinin 5 faizi sosial evlər üçün yönələcək


İstifadəsiz torpaq sahələrinin 5 faizi Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsin icrası zamanı dövriyyəyə cəlb ediləcək.

"Xəbəraz.az "-ın məlumatına görə, bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində qeyd edilib.

Strateji Yol Xəritəsində bildirilib ki, bundan başqa, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin 10 faiz azaldılması gözlənilir.

Dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi sayəsində Mənzil İnşaatı Dövlət Agentliyi xərcləri azaldacaq və nəzərdə tutulan layihələrin effektiv icrasına nail olacaq.

Əlverişli torpaq sahələrinin istifadəyə cəlb edilməsi üçün təşəbbüslərin həyata keçirilməsi və sağlam mənzil bazarının yaradılması Dövlət, bələdiyyə və şəxsi mülkiyyətdə olan torpaq sahələrinin mənzil təminatı üçün istifadəyə cəlb edilməsini asanlaşdırmaq məqsədilə Coğrafi İnformasiya Sisteminin (CİS) yaradılması da nəzərdə tutulur.



Xəbəri paylaş

7318 dəfə oxunub.

Digər xəbərlər
14-01-2016, 10:28 Bu Gün Bizi Nə Gözləyir

bütün xəbərlər
____ Instagram ___