Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kəlbəcərlilərin sosial problemləri diqqət mərkəzindədir
Tarix: 24-12-2016 | Saat: 02:08
Bölmə:Karusel / Gündəm / M2 / Qarabağdan xəbər var | çapa göndər

Kəlbəcərlilərin sosial problemləri diqqət mərkəzindədir
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Cavid Qurbanovun tapşırığına əsasən müxtəlif sosial problemlərin həllinə köməklik göstərməsi ilə bağlı müraciətlər etmiş Kəlbəcər rayonunun bir qrup sakini ilə görüş keçirilib.
"Xəbəraz.az " xəbər verir ki,Görüşü keçirən Millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov bildirib ki, bugünə qədər dövlətimizin Dağlıq Qarabağ və ətraf rayonlardan məcburi köçkün düşən şəxlərin sosial problemlərinin həlli ilə bağlı gördüyü işlərin nəticəsidir ki, bugün məcburi köçkün həyatı yaşayan insanların sosial problemlərinin əksəriyyəti yerindəcə həll olunur, yaxud əlaqədar qurumlar vasitəsilə onlara zamanında dəstək göstərilir. Zamanında xalqımızın xilaskarı, Ümummilli liderimiz Heydər Əliyevin və indi isə Prezidentimiz cənab İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin həyat şəraitini və sosial problemlərini yaxşılaşdırması ilə bağlı verdiyi qərarlar və gürdüyü işlər bu həssas qrupla işləyən hər bir şəxsin məsuliyyətini daha da artırır.
Görüşdə iştirak edən Kəlbəcər rayon sakinləri onları narahat edən xüsusən bəzi sosial problemlərini dilə gətirmiş və onların həlli ilə bağlı müvafiq yazılı və şifahi müraciətlərini təqdim etmişlər. Onların hər birinin müraciətləri qeydə alınmış, bəziləri yerindəcə həll olunmuş, digərləri isə əlaqədar qurumlara ünvanlanmışdır.
Görüşdə iştirak edən və bugünə qədər mənzil problemləri həll olunmuş məcburi köçkünlər dövlətin onlara gösərdiyi qayğı və diqqətdən razılıq etmiş və minnətdarlıqlarını bildirmişlər. Onlar qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müavinətlərinin artırılması, paralel olaraq onların məşğulluq məsələləri istiqamətində də kompleks addımlar atıldığının şahidi olduqlarına və bu işlərin müsbət nəticələrini öz gündəlik həyatlarında hiss ediklərini dilə gətirmişlər.
Kəlbəcər rayon sakinləri hər dəfə öz doğum gününü məcburi köçkün ailələri ilə birgə keçirən və yaxın günlərdə 55 illik yubileyi olacaq ölkə Prezidenti cənab İlham Əliyevə də minnətdarlıq dolu arzu və diləklərini ifadə etmişlər. Məcburi köçkünlər vurğuladılar ki, Alı Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olacaq və biz öz dədə-baba yurdlarımıza qayıdacağıq.


Xəbəri paylaş

9188 dəfə oxunub.

Digər xəbərlər
28-02-2018, 14:30 Venger "Arsenal"dan gedir?

bütün xəbərlər
____ Instagram ___