Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Muxtar Maniyevlə vida mərasimi keçirilir - video
Tarix: 22-12-2016 | Saat: 14:08
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Muxtar Maniyevlə vida mərasimi keçirilir - video


Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başlayıb.

APA-nın məlumatın məlumatına görə, mərasim Təzə Pir məscidində keçirilir. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, nazir müavinləri Vaqif Əliyev, Ədalət Vəliyev, Azərbaycan Film Kinostudiyasının direktoru Müşfiq Hətəmov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra mərhum Qala qəbiristanlıqda dəfn olunacaq.

M. Maniyev dekabrın 22-də dünyasını dəyişib.


***

10:21


Xalq artisti Muxtar Maniyev Qala qəbiristanlığında dəfn olunacaq.


Bu barədə APA-ya xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O bildirib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək:

“Təklif olundu ki, Fəxri xiyabanda dəfn edilsin, razı olmadıq. Vəsiyyət eləmişdi ki, atasının-anasının yanında torpağa tapşırılsın. Ona görə, Muxtarın vəsiyyətini yerinə yetirib Qala qəbiristanlığında dəfn edəcəyik”.


***

09:26

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti Muxtar Maniyev vəfat edib.


Bu barədə APA-ya C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva APA-ya bildirib ki, M. Maniyev dekbarın 22-də, səhərə yaxın dünyasını dəyişib: “Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi Elə bunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu. Nəşini Tərə Pir məscidinə aparıblar. Dəfnin harada olacağını hələ bilmirik. Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”.

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. İlk təhsilini də şəhərin 199 saylı məktəbində alıb.

Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Çox keçmədən ardınca "Koroğlu" filminə çəkilib. Kinorejissor Hüseyn Seyidzadə bu filmə aktyor axtarışı üçün instituta gələndə, Muxtarı elə ilk baxışdan gözü tutub və onu dəmirçi oğlu Polad rolunda çəkib. O vaxt Muxtar Maniyev hələ birinci kursda oxuyurdu. Bu möhtəşəm qəhrəmanlıq dastanında ona həvalə edilən Poladın obrazı haqqında o vaxt tənqidçilər də müsbət fikir söyləmişdilər. Deyirdilər ki, kinoya yeni nəfəs, yeni ampluada aktyor gəlib. Sonrakı illər bir-birinin ardınca "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" filmlərində Muxtar Maniyev çox uğurlu qəhrəmanları ekranda canlandırmaqla özünü təsdiq edib.

Onun rolları milli, xarakterlidir, əsl azərbaycanlılardır. Çox maraqlıdır ki, rejissorlar da ona elə bu tip rolları həvalə edirdilər. "Bəxt üzüyü"ndəki zırpı, "Ölsəm...bağışla" filmindəki Seyidrza, "Bəyin oğurlanması" filmindəki qonaq... "Bakıda küləklər əsir", "Bizim Cəbiş müəllim", "Sizi dünyalar qədər sevirdim" və digər filmlərdə Muxtar Maniyev müharibə dövrünün müxtəlif xarakterli insanlarının çox maraqlı obrazlarını yarada bilib.

Allah rəhmət eləsin!


Xəbəri paylaş

7078 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___