Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəqqasə Renka: "Paltarımı dəyişib normal ana oluram" - VİDEO
Tarix: 22-12-2016 | Saat: 13:54
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Rəqqasə Renka: "Paltarımı dəyişib normal ana oluram" - VİDEO


"Klublarda oynamağımdan utanmıram"

"ARB Ulduz"un efirində yayımlanan "Şou-məkan" verilişinin qonağı olan rəqqasə Rəna Ağamuradova (Renka) maraqlı açıqlamalar verib:

"Həyatımda iki arzum olub. Bir stilist olmaq, bir də rəqqasə. 19 yaşımdan stillist kimi fəaliyyətə başladım. Sonra səhhətimlə bağlı işləyə bilmədim və sənətimi atdım. Keçdim rəqqasəliyə. 5 yaşımdan əllərim həmişə havada olub. Hamı sakit dururdu, mən də həmişə oynayırdım. Rəqs mənim həyatımda hər zaman olub. Dörd il qabaq bir qorxu filmi nümayiş olunmuşdu. Onun bir səhnəsində qız ilanla oynayır. Bizə də sarı ilan lazım oldu. İlan tapıldı. Sözün düzü, ilk dəfə çox qorxdum. Məndən həmin səhnəni canlandırmağımı istədilər. Əvvəlcə qorxsam da, sonra öyrəşdim. Həmin vaxtdan biz dayanmadan ilanla işləməyə başladıq".

Renka bəzən rəqqasələrin orientalla yola çıxıb sonda milli rəqslərdə dayanmasından da söz açıb:

"Həmişə demişəm, klublarda da oynamışam, "Go go" da oynamışam. Hətta ondan belə utanmamışam".

Rəqqasə uşaqlarından da danışıb:

"Mənim iki övladlım var, bir uşağım da bacımındır. Mənə ana deyir. Hər zaman yanımdadır. Ona görə də hamı elə bilir ki, mənim övladımdır. Uşaqları çox sevirəm. Əlacım olsaydı, beş-altı uşağım olardı. Elə olub ki, uşaqlarımı xınayaxdıya aparmışam. Qoymağa yerim olmayıb. Baxıb, rəqsimi xoşlayıblar. Yəni mən onlara başa salıram ki, paltarımı dəyişirəm, oluram normal ana. Yəni burada qeyri-adi heç nə yoxdur. Mən də evdar bir xanımam. Mən də evdə yemək bişirə bilirəm. Evlərimi təmizləyirəm".

O, məclislərə gedəndə qadınların ərlərini ona qısqanıb-qısqanmaması sualına isə belə cavab verib:

"Keçən dəfə evdə idim. Bir xanım zəng etdi ki, saat 12-dən sonra gedib mənim həyat yoldaşımı təbrik edə bilərsiz? Dedim ki, problem yoxdur. Belə sifarişlər çox olub. Mən özümə qarşı neqativ bir şey görməmişəm. Artıq orientalın bir ili qalıb. Gələn il, çətin ki, oriental oynayım. Yəqin ki, biznes quraram. Və ya qrupum olar, dərs verərəm. Onsuz rəqsi birdəfəlik ata bilmərəm".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.



Xəbəri paylaş

1 4178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___