Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
60 nəfərin ölümüylə bağlı iki azərbaycanlı həbs edildi - ÖZƏL
Tarix: 21-12-2016 | Saat: 13:07
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

60 nəfərin ölümüylə bağlı iki azərbaycanlı həbs edildi - ÖZƏL
Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitə olan "Boyarışnık"dən kütləvi zəhərlənmə ilə bağlı 11 nəfər həbs olunub. Onlardan ikisi azərbaycanlıdır. Bu barədə açıqlamasında İrkutsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Əlirza Salayev məlumat verib. Salayevin dediyinə görə, saxlanılan azərbaycanlılar bir qədər sonra məhkəmə qarşısına çıxarılacaqlar.

Bu arada Rusiyanın “Komsomolskaya pravda” qəzetinin əməkdaşları jurnalist araşdırmasına başlayıblar. Onlar baş verən hadisəylə bağlı Abbasov soyadlı Azərbaycan vətəndaşının izinə düşüblər. Rusiyalı həmkarlarımız Abbasovu…Azərbaycanda tapıblar. “Boyarışnik”in istehsal olunduğu kustar sexləri axtaran polis Klyuçevoy küçəsi, 5 ünvanında belə məkanlardan birini tapıb və orada axtarış aparıb. Həmin sex isə Abbasova məxsus olub.

Qəzetin müxbiri də həmin sexə baş çəkib. Jurnalist yerli sakinlərdən Abbasovun telefon nömrəsini tapıb və onunla əlaqə saxlayıblar. Abbasov bildirib ki, o hazırda Azərbaycandadır və ilin sonuna doğru ola bilsin, yenidən İrkutska qayıtsın. Qeyd edək ki, dekabrın 17-də İrkutska saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Bu ünə olan məlumata görə, zəhərlənmə nəticəsində 60 nəfər dünyasını dəyişib, onlarla şəxs xəstəxanaya yerləşdirilib.


Xəbəri paylaş

6468 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___