"Dedi ki, yer olsaydı, yarardıq" - VİDEO
Tarix: 20-12-2016 | Saat: 16:32
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Abşeron sakini Faiq İbrahimov Masazır qəsəbəsində ona məxsus ərzaq mağazasının qarət olunması barədə rayon polis idarəsinə məlumat verib.
"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkmiş polis əməkdaşlarına bildirib ki, gecə saatlarında dükanına daxil olan naməlum şəxslər 800 manat dəyərində siqaret, 2 ədəd spirtli içki və içərisində 38 manat olan kassa aparatını oğurlayıblar.
Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları hadisəni törətməkdə şübhəli bilinən Masallı rayonu, Yeddioymaq kənd sakini İnşallah Musayevi və Masazır qəsəbə sakini, 16 yaşlı yeniyetməni yaxalayıblar. İstintaqa ifadə verən yeniyetmə oğurluq barədə təklifin ona Masazırdakı avtoyuma məntəqələrindən birində yuyucu işləyən İnşallah tərəfindən gəldiyini deyib. Onun sözlərinə görə, İnşallah mağazaya daxil olan zaman o, pusquda durub.
Saxlanılan şəxs: "Mən oğurluq etmək istəmirdim, o, mənə təklif etdi. Mağazaya da özü girdi, mən qıraqda durmuşdum. Kassadan qəpiklər çıxdı, özü götürdü".
26 yaşlı İnşallah Musayev isə yeniyetməni yalan danışmaqda ittiham edib: "Mənə dedi ki, yer olsaydı, yarardıq. Mən də dedim ki, belə bir mağaza var. Gecə oraya girib 9 blok siqaret, 2 viski və kassanı götürüb çölə çıxdıq. Sabah gəlib dedi ki, mən siqaretləri dükana satmışam. Soruşanda ki, satmaz bizi? Dedi ki, yox, tanıyıram".
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
Xəbəri paylaş
7248 dəfə oxunub.
Digər xəbərlər

17-02-2016, 13:17
Baku_City_Kids_Group -dan yep yeni lahiyə (FOTO VİDEO)
4-04-2021, 13:42
Ombudsman dünyaya müraciət etdi - Video
5-02-2017, 12:27
Londonun müsəlman merindən terror xəbərdarlığı
24-08-2023, 22:35
DƏHŞƏTLİ OLAY: Boğulan şəxsi xilas etməyə çalışan 11 NƏFƏR ÖLDÜ - FOTO
19-08-2022, 13:52
Cərrah Anar Əmrahın səhlənkarlığı əməliyyat etdiyi xəstənin ölümünə səbəb oldu – Video
14-08-2015, 17:36
Sevgilisi tərəfindən güllələnən gənc müğənni Mutlu Kayadan xəbər var.
23-05-2017, 12:16
Azərbaycanda dönər aparatı faciəyə səbəb oldu: ölən var
20-11-2018, 20:44
Nazir: 38 min vətəndaşın pensiyası 48 faiz artacaq
27-08-2015, 10:23
Bakıda insanlıq daramı: "Küçədə ölmək istəmirəm..." - FOTO, VİDEO