Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının bəzi ərazilərində yenidən subasma hadisələri müşahidə edilir
Tarix: 19-12-2016 | Saat: 22:34
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakının bəzi ərazilərində yenidən subasma hadisələri müşahidə edilir


Son günlər ərzində Bakının bəzi ərazilərində yenidən subasma hadisələri müşahidə edilib.
"Xəbəraz.az " bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, son günlər ərzində Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsiniin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi"ndə və Abşeron rayonunun Masazır qəsəbəsində subasma hadisələrində akltivlik müşahidə edilib.

Həmin ərazilərdə lokal subasma hadisələrinin olduğunu deyən nazirlik rəsmisinin sözlərinə görə, son 10-15 gün ərzində yağan yağıntılarla əlaqədar, eyni zamanda əhali tərəfindən əraziyə çirkab sularının axıdılmasının nəticəsi olaraq, Zabrat gölünün suyunun səviyyəsi artıb. Səviyyə qalxdığından gölə yaxın olan evlərin həyətyanı ərazilərində gölməçələr yaranıb:

"Əhali çıxış yolu kimi subasan ərazilərə torpaq töküb. Amma bu, çıxış yolu deyil. Çünki gölün çıxışı olmalıdır. Lakin həmin çıxış istiqamətində evlər tikilib. Buna görə də göldə suyun səviyyəsini nizamlamaq olmur".

R.Həsənov deyib ki, son günlər ərzində Bakıda yalnız Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə edilib. Həmin ərazidə qırılma xətləri və divarlarlardakı mövcud çatlar genişlənib.


Xəbəri paylaş

6558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___