Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alkoqoldan kütləvi zəhərlənmə - Ölənlərin sayı artdı
Tarix: 18-12-2016 | Saat: 20:04
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

Alkoqoldan kütləvi zəhərlənmə - Ölənlərin sayı artdı


Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərləndiyi ehtimal edilərək xəstəxanaya gətirilən şəxslərdən 8 nəfəri ölüb, 7 nəfərin müalicəsi davam edir.
"Xəbəraz.az " xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi həmin şəxslərin yemişan məhlulu içdiklərinin üzə çıxdığı barədə məlumat yayıb.
Hazırda polis və təhqiqatçılar spirtli içkilərin kütləvi satıldığı ticarət obyektlərində yoxlama aparır, şahidləri müəyyənləşdirir.
***
Rusiyanın İrkutsk vilayətində alkoqollu içkidən kütləvi zəhərlənmə baş verib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, 10 nəfər alkoqollu içkidən zəhərlənib. Onlardan 5-i ölüb, 5 nəfər isə komadadır.
"Tibbi mütəxəssislərin ilkin rəyinə görə, zərərçəkənlər naməlum zəhərdən kəskin kimyəvi zəhərlənməyə məruz qalıblar. Onların hamısı bir gün əvvəl spirt tərkibli surroqat maye istifadə edib", - deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Nazirliyin məlumatına görə, hazırda onlardan 5-i komadadır. Zərərçəkənlərə tam tibbi yardım göstərilir. Zəhərlənənlərin müalicəsinə İrkutsk Toksikoloji Mərkəzinin baş toksikoloqları və narkoloqları cəlb edilib.


Xəbəri paylaş

8498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___